Unibank peşə bayramı münasibəti ilə bütün Neft sənayesinin işçilərini təbrik edir. Bankın neftçiləri üçün güzəştli kredit kampaniyası böyük maraq doğurub. Kampaniya çərçivəsində Unibankdan kredit götürən hər bir neft işçisi üçün kreditlər 3 % endirimlə verilir, üstəlik bu aksiyadan bəhrələnən hər kəsə bir sıra üstünlüklər verən, minimal kredit limiti 300 AZN olan MC Gold kartı hədiyyə olunur. Beynəlxalq kart olan MC Gold kartından dünyanın bir çox ölkələrində istifadə etmək mümkündür. Neft sahəsində çalışanlar maksimum 7500 AZN-dək krediti 48 ay müddətinədək götürə bilərlər.
UNİBANK SƏHMLƏRİN YERLƏŞDİRİLMƏSİNİ HƏYATA KEÇİRİR
AR Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Unibank” Kommersiya Bankı ASC-nin 6 000 048 manat məbləğində olan, 2 205 900 ədəd sənədsiz adlı imtiyazlı səhmlərinin buraxılışına dair emissiya prospekti, 22 avqust 2013-cü il tarixində qeydiyyata alınmışdir.
Bankın İdarə Heyətinin 19 sentyabr 2013-cü il tarixli Qərarına əsasən həmin səhmlərin yerləşdirilməsinin başlanması, 27 sentyabr 2013-cü il tarixindən həyata keçiriləcək. Emissiya Prospektinə əsasən yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında baş tutacaqdır
DəmirBank Monex sistemi ilə pul köçürmə xidmətlərini təqdim edib
DəmirBank Monex sistemi ilə pul köçürmələri təqdim edərək əhaliyə göstərilən xidmətlər çeşidini genişləndirib.
Monex sistemi ilə müştərilər manat, ABŞ dolları, avro və Rusiya rublu ilə pul vəsaiti göndərə və ala bilərlər. Respublikadaxili komissiya 0,1-0,2%, respublikadan kənar köçürmələrdə isə 1,5% komissiya tətbiq olunur.
BAŞQALARINDAN NECƏ FƏRQLƏNMƏLİ?
Hər gün Albalıdan hədiyyə qazanmaq şansı əldə edənlərin sayı artır. Gündə yüzlərlə kart sahibi Unibank tərəfindən Facebook üzərindən yaradılmış unikal və ekskluziv platforma olan Qoşul, Fərqlən, Faydalan kampaniyasına qoşulub ballar yığaraq, ALBALI ilə etdikləri alış-verişlərinin nəticəsində möhtəşəm hədiyyələr qazanmaq imkanı əldə edirlər. http://goo.gl/tYSd87
Təxminən 7 kommersiya bankının Mərkəzi Bankın qoyduğu öhdəliyi yerinə yetirməsində problem olacaq
Müsahibimiz İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramovdur.
Müsahibənin 1-ci hissəsi
Nizamnamə kapitalının artırılması ilə bağlı həyata keçirilən islahatlar banklara inamı artıracaq
PAŞA Bank ödəniş kartları ilə bağlı saxtakarlığın qarşısını almaq üçün yeni sistem tətbiq edir
PAŞA Bank "Tieto" şirkətinin inkişaf etdirdiyi "Card Suite Fraud Management" sistemini müvəffəqiyyətlə tətbiq etmişdir.
PAŞA Bank növbəti dəfə “SIBOS 2013” Beynəlxalq maliyyə sənayesi forumunda regionu təmsil edir
Bu gün Dubayda (BƏƏ) sayca 35-ci "SIBOS 2013" Beynəlxalq maliyyə sənayesi forum-sərgisi başlayır. Ötən il olduğu kimi regionun sərgidə eksponent qismində yeganə təmsilçisi Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankdır.
SIBOS-un iclaslarında beynəlxalq maliyyə bazarlarının hazırkı vəziyyəti, onların infrastrukturlarının inkişaf yolları, bank və korporasiyaların qarşılıqlı əlaqələri, kapital və investisiyaların hərəkəti, yeni maliyyə xidmətlərinin inkişafı da daxil olmaqla dünya maliyyə sənayesinin geniş əhatəli aktual problemləri müzakirə olunur.
“Amrahbank”ın Lənkəranda fəaliyyətini genişləndirir
Regionlarda yerləşən filial şəbəkələrinin inkişafına xüsusi əhəmiyyət verən “Amrahbank”ın Lənkəran şəhəri , Həzi Aslanov prospekti 1 ünvanında yerləşən Lənkəran filialı aparılan rekonstruksiya , abadlıq işlərindən sonra fəaliyyətini genişləndirdi.
“Bank Standard" pul köçürməsi üçün Sizə 3 saat vaxt verir.
ndi “Bank Standard”-dan pul köçürmələri edən müştərilərə danışıq vaxtı hədiyyə! Bankın istənilən filialında hər 500 USD/EUR və ya 15 000 RUR məbləğində beynəlxalq pul köçürməsi edən (“Zolotaya Korona” pul köçürmə sistemi istisna olmaqla) müştəriyə şəbəkədaxili 15 dəqiqə pulsuz danışıq vaxtı hədiyyə ediləcək. Bir ay ərzində maksimal hədiyyə vaxtı 200 dəqiqə təşkil edir. Qazanılan bonus dəqiqələri əməliyyat günündən sonrakı, növbəti iş günündə müştərinin balansına yüklənilir.
“Bank Standard”-da beynəlxalq pul köçürmələri edin, hədiyyə olaraq danışıq vaxtı qazanın!