İngiltərə Mərkəzi Bankı da faiz qərarını elan edib | Banco.az

İngiltərə Mərkəzi Bankı da faiz qərarını elan edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərə Mərkəzi Bankı uçot dərəcəsini gözlənildiyi kimi sabit saxlayıb.

Banco.az xəbər verir ki, İngiltərə Bankı (BoE) uçot dərəcəsini proqnozlar daxilində 5 faiz səviyyəsində dəyişməz saxlayıb.

BoE-nin 9 nəfərdən ibarət pul siyasəti şurasının səkkiz üzvü uçot dərəcəsi 5 faiz səviyyəsində sabit saxlamaq, bir üzv isə 0,25 baza bəndi azaltmaq üçün səs verib. İqtisadçılar da faiz dərəcəsinin sabit qalacağını gözləyirdilər.

BoE sədri Endryu Beyli faiz dərəcələrinin növbəti aylarda tədricən azaldıla biləcəyi mesajını versə də, "faiz dərəcələrini çox və ya çox tez azaltmamaq üçün diqqətli olmalıyıq", deyə bildirib.

Ən sərfəli kredit üçün müraciət et

BoE həmçinin növbəti 12 ay ərzində balansında saxladığı dövlət istiqrazlarını daha 100 milyard funt-sterlinq azaltmaq qərarına gəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et