“DəmirBank” “Xallar” aksiyası çərçivəsində qalib olan müştərilərini mərhələli şəkildə mükafatlandırmaqda davam edir. Belə ki, Bank “Xallar” aksiyasında ən xal toplayan daha 10 müştərisinə Türkiyəyə səyahət paketi, notebook (Toshiba), planşet (Samsung Tab 3) və mobil telefon (Samsung Galaxy S4) kimi hədiyyələr təqdim edib.
Yapı Kredi Bank Azərbaycanın İnternet Bankçılıq xidməti yeniləndi!
Daima “Xidmətdə Sərhəd Yoxdur” strategiyasına sadiq qalan Yapı Kredi Bank Azərbaycan yenidən İnternet Bankçılıq xidmətinin funksiyalarını genişləndirdi. Filiala getmədən, növbələr gözləmədən internet vasitəsi ilə sürətli və etibarlı bank əməliyyatları üçün Yapı Kredi Bank Azərbaycanın sizə təqdim etdiyi yeni funksiyaların əlavə olunduğu yenilənmiş Yapı Kredi İnternet Bankçılıq xidmətindən artıq istifadə etmək mümkündür.
Bank depozit faizlərini artırdı
Bundan sonra Unibanka depozit yatıran müştərilər daha yüksək faizlər əldə edəcəklər. Çünki bank “Müddətli” əmanət növü üzrə ABŞ dolları ilə qoyulan əmanətlər üçün faiz dərəcəsini artırıb. Dəyişikliyə əsasən, vətəndaşlar bu əmanət növü üzrə 1-3 il müddətinə dollarla olan depozitlərini illik 10-14%-lə yerləşdirə biləcəklər. Əvvəlki şərtlərlə müqayisədə “Müddətli” əmanət növü üzrə faizlər 1,5%-dək yüksəlib.
Bankın Şəki filialı yeni dizaynda xidmətinizdədir
“DəmirBank” Şəki filialının yeni modern dizaynda təmir olunmuş ofis binasının açılış mərasimini keçirib. Açılış mərasimində Şəki şəhər İcra Hakimiyyəti başçısı, Bank rəhbərliyi, filial müdirləri və digər məsul şəxslər iştirak ediblər.
Bank “3D Secure” xidmətinə qoşulacaq
2 Fevral 2015-ci il tarixindən etibarən ASB-nin bütün “Mastercard” müştəriləri avtomatik olaraq “3D Secure” xidmətinə qoşulacaqdırlar.
E-manata növbəti bank qoşuldu
Artıq “NBC Bank”ın müştəriləri kreditlərini eManat terminallarında rahat ödəyə bilərlər.
“AtaBank” 2014-cü ilə uğurla yekun vurdu
"AtaBank" ASC-nin 2014-cü ilə maliyyə-təsərrüfat nəticələri uğurlu olub. Belə ki, ötən il aktivlərin dinamikasında 54,8 % və ya 205,4 mln manat artım müşahidə olunmuşdur. Başqa sözlə, ilin əvvəlində aktivlər 374,9 mln manat təşkil edirdisə, ilin yekunlarına görə bu rəqəm 580,3 mln manata çatmışdır.
Expressbank-ın fotomüsabiqəsi yekunlaşdı
Xəbər verdiyimiz kimi, Expressbank 28 Mall ticarət mərkəzində, Instagram və Facebook istifadəçiləri arasında “Gülə-gülə Yeni İlə” adlı fotomüsabiqə keçirib. Bu gün müsabiqə sona çatıb və qalibləri müəyyənləşib.
ASB “Intertech” şirkəti ilə əməkdaşlığa başlayıb
“Azərbaycan Sənaye Bankı” bank proqram təminatının yenilənməsi ilə bağlı işlərə başlamışdır. Proqram təminatının yenilənməsi ilə bağlı Türkiyənin qabaqcıl şirkətlərindən “Intertech” ilə əməkdaşlıq etməkdədir.
“Intertech” şirkəti ilə əməkdaşlıq çərçivəsində, Bankın proqram təminatı yenilənəcək, internet və mobil bankçılıq xidmətləri müştərilərə təqdim ediləcəkdir.