Yaponiyada düyünün qiyməti yarım əsrin ən yüksək səviyyəsinə çatıb | Banco.az

Yaponiyada düyünün qiyməti yarım əsrin ən yüksək səviyyəsinə çatıb

Müəllif:Ayşən İmanova/Banco.az

Avqustda Yaponiyada düyü qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 28.3% artaraq 1975-ci ilin sentyabrından bəri ən yüksək səviyyəyə çatıb.

Banco.az xəbər verir ki, bu barədə ölkənin İnzibati İşlər və Rabitə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, qiymətlərin bu cür kəskin artmasının əsas səbəbi keçən il anormal istilər səbəbindən düyü məhsulunun azalması olub. Bundan əlavə, əhalinin bir hissəsi təbii fəlakətlər halında evdə düyü ehtiyatlarını artırmağa başlayıblar ki, bu da qiymət dinamikasına təsir göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, çörək istehlakının əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, düyü ölkənin gündəlik qida rasionunun əsas məhsullarından biri olaraq qalır.

Ümumilikdə, avqust ayında Yaponiyada ərzaq qiymətləri 2,9% artıb. Bu, xaricdən gətirilən kənd təsərrüfatı məhsullarının bahalaşması, həmçinin həddindən artıq istilərin məhsulların məhsuldarlığına təsiri ilə əlaqələndirilir.

Ən sərfəli krediti almaq üçün müraciət et