Çexiyanın büdcə kəsiri 1,3 milyard dollar artacaq | Banco.az

Çexiyanın büdcə kəsiri 1,3 milyard dollar artacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Daşqınların vurduğu ziyan Çexiyanın büdcə kəsirinin 30 milyard kron (1,3 milyard dollar) artmasına gətirib çıxaracaq.

Banco.az xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Zbynek Stanjura bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, ölkənin büdcə kəsiri 11,2 milyard dollardan 12,5 milyard dollara yüksələcək.

"Hökumət gələn həftə bununla bağlı düzəlişləri təsdiqləmək niyyətindədir. Çexiya hakimiyyəti daşqınla bağlı xərcləri ödəmək üçün xüsusi vergi tətbiq etməyəcək, lakin əlavə istiqrazlar buraxacaq", - deyə nazir qeyd edib.

Ən sərfəli krediti almaq üçün müraciət et