Gələn il manatı nə gözləyir? - AÇIQLAMA | Banco.az

Gələn il manatı nə gözləyir? - AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Neftin 60 ABŞ dollarından aşağı olması bizim üçün sərfəli deyil və bunun özü də uzun müddət davam etməməlidir”.

Banco.az xəbər verir ki, bunu iqtisadçı Pərviz Heydərov deyib. O bildirib ki,manatın məzənnəsi, ümumiyyətlə valyuta bazarımız barədə açıqlanan və irəli sürülən proqnozlar nisbi xarakter daşıyır.

“İqtisadiyyatımızda birtərəfli inkişafa son qoymaq üçün prioritet seçdiyimiz hətta qeyri-neft-qaz sektoru üzrə də ixracımız cari il ərzində azalma nümayiş etdirib və etdirir. Bu isə yaxşı tendensiya deyil.

Neft hasilatımız da azalır və qaz üzrə isə gəlirlilik neftdə olduğu kimi hesab edilmir. Dünya bazarlarında neftin qiymətinə dair proqnozlar da yaxşı deyil. Düzdür, qiymət səviyyəsi 50 ABŞ dolları ətrafında olarsa da belə bu, bizim üçün təhlükəli sayılmır. Nə qədər ki, qeyri neft-qaz ixracından əldə etdiyimiz dollarlar bizi qane etməyəcək, manatın məzənnəsini neftin qiyməti uzun müddət lap 50 dollar olsa da belə sabit saxlamaq mümkün olmayacaq”.

Ən sərfəli kredit üçün müraciət et

Pərviz Heydərov qeyd edib ki,  hər şey ölkəyə daxil olan və ölkədən çıxan dollarlardan asılıdır.

“ Qlobal bazarlarda qiymət konyunkturası sözügedən bu istəyi gerçəkləşdirə də bilər, gerçəkləşdirməyə də. Ona görə də manatın qarşıdakı illər ərzində məzənnəsinə dair yanaşma sadəcə olaraq, bir "arzu və yaxud istək" kimi qəbul edilməli və qiymətləndirilməlidir”.

Ən sərfəli krediti almaq üçün müraciət et