AMB 24 sığorta agenti ilə bağlı qərar verib | Banco.az

AMB 24 sığorta agenti ilə bağlı qərar verib

Azərbaycan Mərkəzi Bankı (AMB) 3 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarını ləğv edib, 19 fizki şəxsə və 2 hüquqi şəxsə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini isə bərpa edib.

Bu barədə tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, lisenziyaların ləğvi barədə qərar avqustun 21-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, könüllü müraciətlər əsasında qəbul edilib.

Ən sərfəli kredit üçün müraciət et

Lisenziyaların qüvvəsinin bərpası barədə qərar isə sentyabrın 18-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, sığorta agentlərinin nöqsanları aradan qaldırması nəzərə alınaraq qəbul olunub.

report

Ən sərfəli krediti almaq üçün müraciət et