Böyük Britaniyanın dövlət borcu sürətlə artıb | Banco.az

Böyük Britaniyanın dövlət borcu sürətlə artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada dövlət borcu ötən ay ümumi daxili məhsulun (ÜDM) 100 faizinə çatıb.

Banco.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsinin açıqladığı məlumatlara görə, ölkənin dövlət borcu ötən ay 13,7 milyard funt sterlinq artıb.

Sözügedən artımla İngiltərənin dövlət borcu avqust ayında ÜDM-in 100 faizinə çatıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artım deməkdir.

Beləliklə, dövlət bankları istisna olmaqla ölkənin xalis dövlət borcu 2024-cü ilin avqust ayına 2,768 trilyon funt sterlinq olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et