Banco.az | Tezliklə

“Bank of Baku”-dan “Ürəyiniz istəyən nağd kredit”: hər 1000 manata 45 manat aylıq ödəniş!

Azərbaycanca

“Bank of Baku” müştəriləri güzəştli kreditlərlə təmin etmək məqsədilə “Ürəyiniz istəyən nağd kredit” endirim kampaniyasına başlayır. Kampaniya çərçivəsində kreditlərə müştərinin iş yerindən və bankla iş tarixçəsindən asılı olaraq 3,5%-dək endirim elan olunur. Endirimli kreditin müddəti 34 ay, məbləği isə 10000 manata qədərdir.

Ən sərfəli kredit üçün müraciət et

DəmirBank dünyanın 130-dək ölkəsinə 1% komissiya ilə pul köçürmələr təklif edir

Azərbaycanca

DəmirBank dünyanın 130-dək ölkəsinə Lider sistemi ilə 1% komissiya ilə təcili pul köçürmə xidmətlərini təqdim edir. Bu komissiya beynəlxalq təcili pul köçürmələri sahəsində ölkədə ən aşağı və sərfəli komissiyalardandır.

Ən sərfəli kredit üçün müraciət et

“Bank Technique” VISA Personal Payment və MasterCard Money Send pul koçürmələri xidmətlərinə qoşulub

Azərbaycanca

 

“Bank Technique” ASC müştərilərinə təklif etdiyi xidmətlərin çeşidini artırmaqda davam edir. Bu dəfə Bank VISA və MasterCard beynəlxalq ödəmə sistemlərinin VISA “Personal Payment” və MasterCard “Money Send” pul koçürmələri xidmətlərinə qoşulub. Yeni xidmətlər bu ödəmə sistemlərinin kart sahiblərinə, banka gəlmədən, öz aralarında pul köçürmələrini həyata keçirməyə imkan yaradır.

Ən sərfəli kredit üçün müraciət et

VISA “Personal Payment” xidməti sayəsində “Bank Technique”in VISA kart sahibləri, Azərbaycan və bütün MDB ölkələrinin bankları tərəfindən buraxılan VISA kartlarına pul köçürə bilərlər.

DəmirBank Müəllimlər Günü münasibətilə yeni güzəştli kredit aksiyasına başlayıb

Azərbaycanca

DəmirBank 5 oktyabr – Müəllimlər Günü münasibətilə yeni güzəştli kredit aksiyasına başlayıb.

Aksiyanın şərtlərinə görə müraciət edən təhsil işçilərinə (yalnız müəllim vəzifəsində çalışanlar) illik faiz dərəcəsində 4% endirim təqdim edilir. Kredit 500 – 6500 AZN, 36 ayadək müddətə rəsmiləşdirilir. Kreditin məbləği 3000 AZN-dək olduqda iş yerindən arayışsız və zaminsiz, 5000 AZN-dək olduqda isə zaminsiz verilir.

Ən sərfəli kredit üçün müraciət et

Unibank-dan “SİFTƏ KREDİTİ” kampaniyası

Azərbaycanca

Unibank-dan ilk dəfə kredit götürənlərə şok  endirim ediləcək. Unibank-ın bu gündən başlayan “SİFTƏ KREDİTİ”  aksiyası, ümumiyyətlə kredit tarixçəsi olmayan, həyatında ilk dəfə kredit alanlar üçündür. İlk dəfə kredit üçün müraciət edənlər, Unibankdan  6% endirimlə  kredit alacaqlar. Peşəsindən asılı olmayaraq, 20 yaşdan 65 yaşadək  Azərbaycan Respublikasının işləyən hər bir vətəndaşı yalnız şəxsiyyət vəsiqəsi ilə müraciət edərək, 7500 manatadək  və  48 ay müddətədək kredit götürə bilər. Üstəlik  “Siftə krediti” alanlara minimum 300 AZN balanslı üzvlük kartı da verilir.

Ən sərfəli kredit üçün müraciət et

DəmirBank müştəri sorğuları və şikayətləri üzrə qəbul saatları təyin edib

Azərbaycanca

DəmirBank müştəri xidməti keyfiyyətinin artırılması, müştəri şikayətlərinin və sorğularının daha səmərəli formada araşdırılması məqsədilə müştərilər üçün qəbul saatları təyin edib.

Ən sərfəli kredit üçün müraciət et

Artıq müştərilər həftənin II və IV günləri, saat 15:00-dan 17:00-dək Bankın baş ofisinə - Keyfiyyətə Nəzarət şöbəsinə yaxınlaşa bilərlər. Şöbənin əməkdaşları ilə görüş üçün əvvəlcədən telefon və ya e-mail vasitəsi ilə qeydiyyatdan keçmək zəruridir. 

ALBALI KART YANACAQDOLDURMA MƏNTƏQƏLƏRİNDƏ

Azərbaycanca

Albalı kart sahiblərinə daha bir müjdə. Artıq Albalı kart sahibi olan hər kəs Abu- Petrol yanacaqdoldurma məntəqəsində avtomobili üçün yanacaq alıb, pulunu növbəti ay (ayın 1-dən 10-dək)  ödəyə bilər. İlk olaraq Albalı karta Abu-petrolun 5 məntəqəsi qoşulub. Bunlar K.Rəhimov küç.33a (Gənclik metrosuna yaxın), Hövsan qəsəbəsi, Novxanı qəsəbəsi, Saray ŞTQ (Bakı-Quba yolu 22ci km-yi) və  Sabunçu ŞTQ (Şəhər şossesi) ünvanlarında yerləşən məntəqələrdir. Yaxın vaxtlarda Abu- Petrol-un digər YDM-lərində də ALBALI kartın istifadəsi mümkün olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank kreditlərin onlayn ödənişini təqdim edir.

Azərbaycanca

Dinamik inkişafda olan Expressbank müştərilərinə yeni xidmət növünü təqdim edir. Bu, kredit borclarının rahat və operativ ödənişini təmin edən – onlayn kredit ödənişi xidmətidir. Xidmətdən dünyanın istənilən nöqtəsindən, sizə ən uyğun zamanda bankın korporativ saytı - http://www.expressbank.az/ vasitəsilə istıfadə etmək olar. Proyekt iki yerli prosessinq mərkəzləri olan Millikart və Azerikartla birgə hazırlanmışdır.

Ən sərfəli kredit üçün müraciət et

DəmirBank-ın plastik kartlarının sayı 150 000 ədədi keçdi

Azərbaycanca

DəmirBank-ın emissiya etdiyi plastik kartların sayı 150 000 ədədi keçdi. 150 000-ci kart Bankın müştərisi N. Qafarova tərəfindən sifarış olunmuş Azərbaycanda ilk dəfə və yalnız DəmirBank tərəfindən təqdim olunan LeaderCard-dır.

Ən sərfəli kredit üçün müraciət et

“Bank Technique” Bakıda daha iki şöbəsini açıb

Azərbaycanca

“Bank Technqiue” ASC, xidmət şəbəkəsinin genişləndirilməsi və müştəri məmnuniyyətinin artırılması məqsədilə, Bakı şəhərində daha iki yeni şöbəsini açıb.

Ən sərfəli kredit üçün müraciət et

“İnşaatçılar” və “Neftçilər” adlandırılan yeni şöbələr, müvafiq olaraq, Yasamal rayonu, 528-ci məhəllə, Ə.Ələkbərov küç., “E” və Nizami rayonu, Q.Qarayev pr., 115/9 ünvanlarında yerləşirlər. Bu şöbələr yaxınlıqda yaşayan sakinlərin bank əməliyyatlarının əksəriyyətinin asanlıqla, vaxt itkisinə məruz qalmadan, həll etmələrinə imkan yaradır.

Səhifələr

« first ‹ previous last »

Ən sərfəli krediti almaq üçün müraciət et