Banco.az | Tezliklə

DəmirBank-ın “VISA Gold və Platinum kartları müştərilərə pul gətirir” aksiyası davam edir

Azərbaycanca

DəmirBank-ın 2012-ci ilin dekabr ayından etibarən tətbiq etdiyi VISA Gold və Platinum kart sahibləri üçün xüsusi geri ödəmə (Cash back) aksiyası davam edir.Şərtlərə görə, Azərbaycanda və dünyanın digər ölkələrində bu kartlarla nağdsız ödənişlərin müəyyən hissəsi kart hesabına geri qayıdır (Cash back / geri ödəmə xidməti). VISA Gold sahibləri nağdsız dövriyyələrinin 0,7%-ni, VISA Platinum sahibləri isə 1,5%-ni qazanırlar.Aksiya üzrə geri ödəmə əməliyyatları barədə kart sahibi SMS-bildiriş alır.

Ən sərfəli kredit üçün müraciət et

«Unibank»ın depozit sahibləri üçün keçirdiyi lotereyanın başa çatmasına bir həftə qalıb

Azərbaycanca

“Unibank” ASC tərəfindən müştərilər üçün keçirilən «Unibanka əmanət yerləşdirin və hədiyyə qazanın!» adlı tirajlı stimullaşdırıcı lotereyasının başa çatmasına bir həftə qalıb. Bankdan verilən məlumata görə, lotereya çərçivəsində mayın 20-dən avqustun 31-dək «Unibank»da depozit hesabı açan hər bir müştəri müxtəlif pul uduşları və avtomobil sahibi olmaq imkanı qazanacaq.Lotereyada ən azı 12 aylıq müddətə 100 AZN/USD/EUR məbləğində əmanət qoyan və ya mövcud əmanətin müddətini kampaniya ərzində ən azı 12 ay müddətinə artıran müştərilər iştirak edə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

«Unibank» nizamnamə kapitalını artırır

Azərbaycanca

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Unibank» ASC-nin imtiyazlı sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.Bakı Fond Birjasından verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2,72 manat, sayı 2 205 900 ədəd, emissiyanın ümumi həcmi isə 6 000 048 manat təşkil edir. Yerləşdirmə kütləvi təklif üsulu ilə həyata keçiriləcək. Sözügedən qiymətli kağızlar yerləşdiriləndən sonra bankın nizamnamə kapitalı 9,3% artaraq 70,565 mln. manata çatacaq.Yerləşdirmədə anderrayter qismində «Unicapital» ASC çıxış edəcək.

Ən sərfəli kredit üçün müraciət et

“Evdar xanım krediti” böyük marağa səbəb olub

Azərbaycanca

Unibank-ın şərtlərini bu günlərdə daha da asanlaşdırdığı  “evdar xanım krediti” böyük maraq doğurub. Hər gün onlarla xanım Unibank filiallarına bu güzəştli kredit məhsulu üçün müraciət edir və endirimlərdən faydalanır. Xatırladaq ki, Unibankdan kredit götürmək istəyən evdar xanımları sürprizlər gözləyir. Krediti rəsmiləşdirmək üçün onlardan həyat yoldaşlarının iş yerindən arayış tələb olunmur.

Ən sərfəli kredit üçün müraciət et

Bank "BTB" ASC-nın yeni filialı açıldı

Azərbaycanca

Bank “BTB” ASC inkişaf strategiyası çərçivəsində qarşısına qoyduğu məqsədləri uğurla həyata keçirərək yeni “Neftçilər” filialını müştərilərin xidmətinə verdi. Yeni filial Nizami rayonu, R.Rüstəmov küçəsi, 25/63 ünvanında yerləşir. Filialda müştərilərə geniş çeşiddə bank məhsulu və xidmətləri təklif olunur. Bura istehlak və biznes kreditləri, əmanətlər, hesablaşma-kassa əməliyyatları, plastik kartlar, kommunal və rabitə xidmətlərinin ödənişi, yerli və beynəlxalq pul köçürmələri daxildir.

Ən sərfəli kredit üçün müraciət et

“Bank of Baku”-nun Sumayıtda daha bir filialı açıldı.

Azərbaycanca

Azərbaycanın böyük şəhərlərində artan müştəri kütləsinə bank xidmətləri göstərmək məqsədi ilə “Bank of Baku”-nun Sumqayıt şəhərində daha bir filialı fəaliyyətə başlayıb.”Yeni Sumqayıt” adlı filial “Bank of Baku”-nun Sumqayıt şəhərində sayca artıq ikinci filialıdır.Filialda istehlak və biznes kreditləri rəsmiləşdirmək, əmanət yerləşdirmək, pul köçürmək, kredit kartları əldə etmək və bir çox digər xidmət və məhsullardan faydalanmaq olar. Filialın açılışı münasibətilə “Bank of Baku”-nun Baş Direktoru Fərid Əlizadə bildirib ki, bank özünün filial şəbəkəsinin genişləndirilməsini yeni inkişaf str

Ən sərfəli kredit üçün müraciət et

Volkswagen Polo Sedan qazanmaq imkanı!

Azərbaycanca

Bank Technique” ASC əmanətçilərə “Şans” depoziti üzrə avtomobil qazanmaq fürsəti verən “Şans Technique” adlı stimullaşdırıcı lotereyasını davam etdirir. 
Lotereyanın şanslı qalibi Volkswagen Polo Sedan Highline markalı avtomobilin sahibi olacaq.

Ən sərfəli kredit üçün müraciət et

DəmirBank iyul ayının nəticələrini elan edib

Azərbaycanca

DəmirBank-ın aktivləri 1 avqust 2013-cü il tarixinə 375,1 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə qeyd edilən tarixə 290,6 mln. manatı keçib.

Ən sərfəli kredit üçün müraciət et

Bankda müştəri depozitlərinin həcmi 1 avqust 2013-cü il tarixinə 173,3 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 avqust 2013-cü il tarixinə 140,8 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 17,1% və ya 20,6 mln. manat çoxdur.

Bankın 1 avqust 2013-cü il tarixinə məcmu kapitalı isə 56,3 mln. manat olub.

“AtaBank”ın maaş kartlarının sahiblərinə kredit fürsəti

Azərbaycanca

“AtaBank” ASC “Express Kredit” məhsulunu təklif edir. Bankın yaydığı məlumata görə, kreditin maksimal məbləği 5000 manat, müddəti isə 48 ay təşkil edir. “Express Kredit”də faiz dərəcəsi 12 ayadək kreditlər üçün illik 22%, 12 aydan yuxarı kreditlər üçün illik  24 % təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Parabank “Transfer” krediti məhsulunu təqdim edir

Azərbaycanca

Prabank “Transfer” kredit məhsulun təqdim edir! Parabankda pul köçürmələri, KOMİS və telefon ödənişləri edən müştərilərə arayışsız 2500 Azn-dək kredit. Şərtlər: Parabankda pul köçürmələri, KOMİS və telefon ödənişləri üzrə son 5 ay ərzində 3 dəfə, 7 ayda 4 dəfə, 9 ayda 5 dəfə və son 12 ayda 6 dəfə dövriyyə edən müştərilərə aid edilir.Əlavə məlumat üçün Banka zəng 139 xidmətindən istifadə edə bilərsiniz!

Ən sərfəli kredit üçün müraciət et

Səhifələr

« first ‹ previous last »

Ən sərfəli krediti almaq üçün müraciət et