İyulun 30-da ölkənin aparıcı banklarından biri olan PAŞA Bankın nizamnamə kapitalının 50 mln. manat və ya təxminən 30% həcmində artması qeydə alıb. Əvvəl 178 mln. manat təşkil edən nizamnamə kapitalının artırılması səhmlərin nominal dəyərinin artırılması yolu ilə həyata keçirilib.
TuranBank Milli Kino Günü münasibətilə kino işçilərini təbrik edir və onlar üçün kredit faizində 2% endirim edir!
2 avqust - Milli Kino Günü münasibətilə TuranBank kino işçiləri üçün endirimli kredit kampaniyasına başlayır. Kampaniya çərçivəsində TuranBank istehlak kreditlərinin illik faiz dərəcəsini 2% endirir. Avqustun 2,5 və 6-sı tarixlərində adı çəkilən peşə sahibləri iş yerlərindən arayış təqdim etməklə TuranBankın istənilən filialında istehlak kreditlərini 2%-lik endirimlə əldə edə bilərlər.
“AtaBank” ASC bankomat şəbəkəsini genişləndirir.
“AtaBank” ASC filial şəbəkəsi ilə yanaşı bankomat şəbəkəsinin də genişləndirilməsinə xüsusi diqqət yetirir. Bank yeni ünvanda müştərilərin rahatlığı üçün bankomatlar yerləşdirib.
MasterCard sahibləri üçün, Türkiyyədə endirim kampaniyası!
MasterCard sahibləri üçün, Türkiyyədə endirim kampaniyası!
MasterCard®-la Beymen-da xüsusi təkli
Bank of Azerbaijan - dan Adama Qalan Gəzməkdir Kampaniyası!
Avqust ayının1-dən “Bank of Azerbaijan” ASC - də “Adama qalan Gəzməkdir” kampaniyası start götürüb. Kampaniya çərçivəsində xaricdə hər bir əməliyyat üzrə 100 USD/AVRO/AZN - dan və daha yuxarı məbləğdə pos – terminal vasitəsi ilə alış - veriş edən Bank of Azerbaijan kredit kart sahibləri, xərclədikləri məbləği faizsiz bərabər hissələrlə 3 aya ödəyə bilərlər.
“Muğanbank” ASC-nin baş ofisində adsız istiqrazlar üzrə 30-cu tiraj keçirildi
PAŞA Bankın dəstəyi ilə keçirilən “WTA Baku Cup 2013” beynəlxalq tennis turniri başa çatıb
İyulun 28-də WTA Tour (Women`s Tennis Association) seriyasına daxil olan sayca üçüncü "Baku Cup 2013" beynəlxalq qadın turnirinin finalı baş tutub. Bu il, ölkənin ən iri banklarından biri - PAŞA Bankın strateji tərəfdaşlığı və sponsorluq dəstəyi ilə keçirilən turnirin mükafat fondu 235 min ABŞ dolları təşkil etmişdir. Turnirin qalibi Elina Svitolina (Ukrayna) olub.
Kapital Bank möhtəşəm aksiyaya start verdi
Kapital Bank ənənələrinə sadiq qalaraq öz müştərilərini növbəti xoş xəbərlə sevindirdi. Müqəddəs Ramazan bayramı və yeni dərs ili ərəfəsində bank avqust ayından etibarən Azərbaycan və Rusiya arasında faizsiz sürətli pul köçürmələrinə başlayır.
ADIF əmanətlərin sığortalanması qaydalarını dəyişib.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının iclasında sığortalanan əmanətlər üzrə yuxarı həddin 12-dən 10 faizədək endirilməsi barədə qərar qəbul edib.
“Bank Technique”in Yasamal filialı yeni ünvanda!
“Bank Technique” ASC filiallarının geolokasiyası ilə bağlı həyata keçirdiyi yeni siyasətinə uyğun olaraq, Yasamal filialının da yerini dəyişib. Belə ki, Bankın Yasamal filialı, Yasamal rayonu, 7-ci Sallaqxana küçəsi 7 ünvanından, 547-ci məhəllə, İnşaatçılar prospekti 3 ünvanında yeni konsepsiya ilə təmir olunan binaya köçüb. Üstün xidmət səviyyəsi təqdim olunan filialda Bankın müştərilərinə yüksək texnoloji xidmət göstərilməklə yanaşı, onların istifadəsinə bir-birindən faydalı və fərqli məhsullar da təklif olunur.