Banco.az | Tezliklə

“AtaBank” participated in the next event of the National Fund for Entrepreneurship support

On October, 29th, "AtaBank" OJSC participated in the "State support to the development of entrepreneurship" event held by the National Fund for Entrepreneurship Support of the Ministry of Economy and İndustry in Mardakan district of Khazar region. Entepreneurs from Mardakan and neighboring areas  attented the event.

In 2013 Atabank issued  privileged loans in amount of 16.902  mln AZN. Owing to these loans is expected to create about 600 new jobs.

“AtaBank” Sahibkarlığa Kömək Milli Fondunun növbəti tədbirində iştrak etmişdir

Azərbaycanca

“AtaBank” ASC oktyabrın 29-da İqtisadiyyat və Sənaye Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən  Xəzər rayonunun Mərdəkan qəsəbəsində təşkil edilmiş " Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda  keçirilən  tədbirdə iştrak etmişdir. Tədbirdə Mərdəkan qəsəbəsində fəaliyyət göstərən sahibkarlar iştirak etmişdir. 2013-cü il ərzində  “AtaBank” ASC   vasitəsilə sahibkarlıq subyektlərinə 16,902 milyon manat güzəştli kredit verilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Visa ilə irəli - qələbələrə doğru!

Azərbaycanca

Sizə Bank Standard və Visa-nın birgə təşkil etdiyi “Visa ilə irəli - qələbələrə doğru!” adlı aksiyanı təqdim etməyə şadıq. Sizin 2014-cü ildə Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarına düşmək üçün gözəl imkanınız var!

Ən sərfəli kredit üçün müraciət et

“Bank Technique” pul köçürmələrini daha əlverişli şərtlərlə təklif edir

Azərbaycanca

Birgə aksiya çərçivəsində, “Bank Technique” ASC “CONTACT” ödəmə sistemi üzərindən Azərbaycandan qonşu ölkələrə təcili pul köçürmələrini daha əlverişli şərtlərlə təklif edir.
Belə ki, aksiya müddəti Azərbaycandan Gürcüstan, Belarus, Moldova, Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Latviya, Litva və Estoniyaya pul köçürmələrinə “CONTACT” sisteminin xüsusi tarifi tətbiq edilir:

Ən sərfəli kredit üçün müraciət et

Bolkart MasterCard-la partnyor olmayan məkanlarda da 3 aya ödə!

Azərbaycanca

Artıq Bolkart MasterCard sahibləri Bolkart şəbəkəsinə aid olmayan ticarət obyektlərində və internetdə daha münasib ödəmə şərtilə alış-veriş edə bilərlər. Belə ki, Bolkart şəbəkəsi xaricində olan mağazalarda (məsələn, Zara, Bershka, Music Gallery) alış-veriş etmək istəyən kart sahibləri ənənəvi 1 aylıq deyil, 3 aylıq ödəniş müddəti əldə edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

DəmirBank ənənəvi Beynəlxalq Əmanətlər Günü ilə bağlı aksiya keçirir

Azərbaycanca

DəmirBank Azərbaycanda ikinci ildir keçirilən 31 oktyabr – Beynəlxalq Əmanətlər Günü münasibəti ilə sosial aksiyaya start verib.

Ən sərfəli kredit üçün müraciət et

Mərkəzi Bankın təşəbbüsü ilə Azərbaycan Banklar Assosiasiyası, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) və Əmanətlərin Sığortalanması Fondunun dəstəyi ilə keçirilən tədbirlər noyabr ayı ərzində davam edəcək. Aksiyaya DəmirBank-la yanaşı Azərbaycanın daha 8 bankı qatılıb.

“FINCA Azerbaijan”dan Yeni Sosial Layihə

Azərbaycanca

Sosial qayğıya ehtiyacı olan ailələrin və kimsəsiz uşaqların həyat səviyyəsinin yaxşılaşdırmasına hər zaman dəstək olmağa çalışan “FINCA Azerbaijan” Qeyri-bank Kredit Təşkilatı bu istiqamətdə növbəti layihəyə imza atdı. Oktyabr ayından etibarən “FINCA Azerbaijan” “Azərbaycan Sosial İş” İctimai Birliyi ilə əməkdaşlıq edərək Mərdəkan qəsəbəsində fəaliyyət göstərən Ailə, Uşaq və Gənc Təlim və Məsləhət Mərkəzinə maliyyə dəstəyi göstərəcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Muğanbankın baş ofisində istiqrazlar üzrə 32-ci tiraj keçiriləcəkdir

Azərbaycanca

“Muğanbank” ASC-nin baş ofisində oktyabrın 30-da adsız istiqrazların sayca 32-ci tirajı keçiriləcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Məhsula olan yüksək tələbatı və çoxsaylı istiqraz sahiblərinin maraqlarını nəzərə alaraq tirajın gedişi canlı yayımlanır. Canlı yayımı qeyd olunmuş “link”dən izləmək mümkündür.

TuranBank nizamnamə kapitalını 10% artırır

Azərbaycanca

TuranBank nizamnamə kapitalını artırmaq məqsədilə 4 milyon 154 manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınması prosesinə başlamışdır. Səhmlərin buraxılışı dövlət qeydiyyatına alındıqdan sonra onların Bakı Fond Birjasında yerləşdirilməsi aparılacaq.

Ən sərfəli kredit üçün müraciət et

"Amrahbank" kapitalını yeni normativə çatdırır

Azərbaycanca

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Amrahbank" ASC-nin 20 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Ən sərfəli kredit üçün müraciət et

QKDK-nin rəsmi saytına istinadən, prospekt çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 200 min ədəd səhm buraxılıb.

Səhifələr

« first ‹ previous last »

Ən sərfəli krediti almaq üçün müraciət et