“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlar üçün 18 fevral – 17 mart tarixlərini əhatə edən xüsusi endirim kampaniyasının icrasına başlayıb. Bu dövr ərzində “FINCA Azerbaijan”dan kredit götürən bütün xanım müştərilər 8%-dək endirimlərdən faydalana biləcəklər.
Bank yarım millyard dollar yatırım edib
Bank VTB (Azərbaycan)-a fəaliyyətə başladığı 2009-cu ildən bu günə kimi Bank VTB (Moskva) tərəfindən yarım milyard dollar həcmində yatırım edilib. Bu barədə Azərbaycanda jurnalistlərlə görüş zamanı bank VTB-nin törəmə şirkətlər departamentinin rəhbəri Mixail Yakunin bildirib.
Sadiq müştərilər üçün komissiyasız kredit
“Bank of Baku” özünün daimi müştəriləri olan “Dostlar Klubu”-nun üzvləri (bankla ən azı 12 ay əməkdaşlıq edən və müsbət tarixçəyə malik olan “Dostlar Klubu” kartının sahibləri) üçün “Komissiyasız kredit” kampaniyasını elan edir. Kampaniyanın əsas üstünlüyü hər bir müştəriyə kampaniya müddətində sahib olduğu kartın növünə əsasən müəyyən komissiyasız kredit məbləği əldə etmək imkanı verir.
Bu kart dünyanın istənilən yerində keçərlidir
Expressbank-ın SmileCard taksit kartı ilə tərəfdaş axtarmağa ehtiyac yoxdur. Bu kart dünyanın istənilən yerində keçərlidir. Müştərilər gəlirləri təsdiq edən sənəd əsasında verilən kartı Expressbank filiallarında dərhal əldə edə bilərlər.
AtaBankdan xoş sürprizlər
Son günlər hər kəsi maraqlandıran suallardan da biri “AtaBank” ASC-nin hər il olduğu kimi bu il də nağdsız ödənişlərin artımını stimullaşdırmaq məqsədilə keçirdiyi lotereyanın davam etdirilib etdirilməyəcəyidir. Bankın İcraçı direktoru – İdarə Heyətinin üzvü Elnur Osmanov bildirmişdir ki, nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində aparılan kampaniya bu il də davam etdiriləcəkdir.
Worldcard-la seçilmiş marketlərdə hər 40 manatlıq alış-verişə Persil gel hədiyyə!
Yapı Kredi Bank Azərbaycan hər zamanki kimi mütəmadi keçirdiyi kampaniyalarla öz müştərilərini sevindirməyə çalışır.
“DəmirBank” açıq tender elan edir
“DəmirBank” poliqrafiya xidmətləri və reklam konstruksiyaları üzrə açıq tender elan edir. Belə ki, tender poliqrafiya xidməti, məhsulun çapından sonra vaxtında ünvana çatdırılması və reklam konstruksiyalarının hazırlanması, montajı, təmiri üzrə həyata keçirilir.
Sərfəli “Energocredit”ləri təklifi
“DəmirBank” “Energocredit” layihəsi çərçivəsində müştərilərinə sərfəli “Energocredit”ləri təklif edir. Belə ki, müştərilər daha səmərəli texniki avadanlıq, materiallar və məişət avadanlıqları əldə etməklə, enerjiyə ödədikləri vəsaitə qənaət edə bilərlər. Bununla yanaşı, “Energocredit” müştərilərə məhsul dəyərinin 10 faizini nağd şəklində geri almaq imkanı verir.
Ad günü hədiyyənizi Expressbank-dan alın
Expressbank ad günü olanlar üçün güzəştli kredit aksiyası keçirir. Belə ki, müştərinin banka müraciət etdiyi tarix doğum günü ilə eyni aya təsadüf etdikdə, həmin müştəriyə istehlak kreditləri üzrə komissiya xərclərində yaşı qədər endirim təqdim edilir və Visa Gold kartı hədiyyə olunur.