Expressbank-ın 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə keçirdiyi kredit aksiyası 8 mart 2015-ci il tarixinədək davam edir.
VTB-nin sədri prezidentlə görüşdü
3 mart 2015-ci il tarixində Bakıya rəsmi səfəri zamanı bank VTB prezidenti - İdarə Heyətinin sədri Andrey Kostin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşüb. Görüş zamanı Andrey Kostin qeyd edib ki, VTB Azərbaycanda öz biznesini inkişaf etdirməkdə maraqlıdır.
14 ədəd səyahət paketi sahibini tapacaq
Kapital Bankın “Depozitləriniz yüksəlsin” adlı uduşlu depozit kampaniyası çərçivəsində həyata keçirilən lotereyanın ilk qalibi müəyyən olundu. 1500 manat məbləğində səyahət paketinin qalibi Kapital Bankın Bakı şəhərində yerləşən filiallarının birinə 18 ay müddətinə 30 000 ABŞ dolları məbləğində əmanət yerləşdirmiş xanım müştərimizdir.
Sərbəstliyin BAHARI kampaniyası!
Novruz Bayramına TBC Kredit Girovsuz Sərbəst Kreditə yaz aksiyası «Sərbəstliyin BAHARI kampaniyası»-nı elan edir. Kreditə müraciət edənlər illik faiz dərəcəsi 19%-dən dollar kredtlərinə, 22%-dən isə AZN kreditlərə əldə edirlər. Bahar kampaniyası dövründə minimal FİFD dərəcə 20,49% təşkil edəcək. Komissiya isə cəmi 2% olacaq Endirimlər aprel ayının yarısına kimi davam edəcək.
“DəmirBank”dan xanımlara 8 faiz hədiyyə!
“DəmirBank” 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə 6,7,8 mart tarixlərində “DəmirTaksit” kartı ilə əməliyyat aparmış xanımların etdikləri bütün əməliyyat məbləğlərin 8 %-ni hədiyyə olaraq onların balansına geri qaytaracaq. Bununla yanaşı, Bank xanımlara 6,7,8 mart tarixlərində “DəmirTaksit” kartı üzrə limitsiz nağdılaşdırma imkanı da verəcək.
Finca əvvəlki şərtlərlə kredit verir
Hər zaman müştərilərinin ən ümdə maraq və istəklərinə uyğun olaraq fəaliyyət strategiyasını müəyyənləşdirən “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı manatın devalvasiyasından sonra da kreditləşməni həm manatla, həm də dollarla həyata keçirməkdə davam edir.
Bank manatla mikro kreditlər təklif edir
Expressbank müştərilərə sərfəli şərtlərlə, milli valyutada mikro kreditlər təklif edir. “Öz işin varsa, kredit də var” şüarı ilə kənd təsərrüfatı, ticarət, xidmət və istehsal sahələrinin kreditləşməsi həyata keçirilir. Kreditin məbləği 500-dən 15000 AZN-dək, maksimal müddəti isə 36 aydır.
İş üçün gəl, karyera üçün qal
Fevralın 27-də Kapital Bank, ADA Universitetində I-IV kurs və magistr tələbələri arasında keçirilən və artıq ənənəyə çevrilən üçüncü "Career Fair" tədbirinə qatılıb. Bununla ADA Universiteti, peşəkar əmək bazarında tələbələri gələcək karyera imkanları ilə birləşdirən körpü rolunu oynayıb.
“Baharın 17 günü” adlı kredit aksiyası
“DəmirBank” qarşıdan gələn Novruz bayramı münasibətilə “Baharın 17 günü” adlı kredit aksiyasına start verib. Aksiyanın şərtlərinə görə müştərilər 15 min AZN-dək nağd pul kreditini müddəti maksimum 48 ay olmaqla əldə edə bilərlər.