Qızıl və gümüş ucuzlaşır | Banco.az

Qızıl və gümüş ucuzlaşır

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

Birja məlumatları xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,66% azalaraq 4 159,4 ABŞ dollarına bərabər olub.

    “COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti də 0,97% azalaraq 60,99 dollar təşkil edib.