Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-nin ticarət kəsiri gözləntiləri üstələyib.
Banco.az xəbər verir ki, ABŞ Ticarət Departamentinin açıqladığı məlumatlara görə, mal və xidmətlər üzrə ticarət kəsiri əvvəlki ayla müqayisədə 13,7 faiz artaraq 105,6 milyard dollara yüksəlib. “Bloomberg”in sorğusunda iştirak edən iqtisadçıların orta proqnozu isə 102,1 milyard dollarlıq kəsir təşkil edirdi.
İdxalın dəyəri 4,3 faiz, ixrac isə 1,4 faiz artıb. İnflyasiya nəzərə alınmadan hesablanan aylıq ticarət göstəriciləri ABŞ-nin tətbiq etdiyi gömrük rüsumları və son dövrdə müharibənin səbəb olduğu xam neft qiymətlərindəki dalğalanmalar səbəbindən 2025-ci ilin əvvəlindən etibarən ciddi dəyişikliklərə məruz qalır.
Təchizat zəncirindəki problemlər və süni intellekt sahəsində həyata keçirilən nəhəng investisiyaların tələbatını qarşılamaq üçün idxal olunan texnologiyalardan asılılıq da bu vəziyyətin səbəbləri arasında yer alır.
Bizi sosial şəbəkələrdən izləyin!!
