Müəllif:Mehin Qasımova,Banco.az
Dünya üzrə mərkəzi banklar 2026-cı ilin avqust ayında qızıl ehtiyatlarını artırmağa davam edərək ümumilikdə 39 ton qızıl alıblar.
Banco.az xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının (WGC) məlumatında bildirilib.
Hesabata görə, 2026-cı ilin əvvəlindən etibarən mərkəzi bankların açıqladığı ümumi qızıl alışları 170 tona çatıb.
Avqust ayında ən çox qızıl alan mərkəzi banklar arasında Çin 20 ton, Polşa 8 ton və Özbəkistan 8 ton ilə ilk sıralarda yer alıb.
Digər aktiv alıcılar Qazaxıstan (7 ton), Türkiyə (3 ton) və Çexiya (2 ton) olub.
Eyni zamanda, bəzi ölkələrin mərkəzi bankları qızıl ehtiyatlarını azaldıb. Avqust ayında Rusiya 6 ton, İordaniya isə 3 ton qızıl satıb.
WGC-nin məlumatları mərkəzi bankların qızıl ehtiyatlarını artırmaq istiqamətindəki tendensiyanın 2026-cı ildə də davam etdiyini göstərir.
