Müəllif:Mehin Qasımova,Banco.az
Meta şirkəti yeni açıq çəkili süni intellekt modeli olan Muse Spark Open-i təqdim edib.
Banco.az xəbər verir ki, şirkət modelin bəzi göstəricilər üzrə aparıcı Çin istehsalçılarının məhsulları ilə rəqabət apardığını iddia edir.
Son illərdə Çin şirkətləri bu sahədə mövqelərini gücləndiriblər.
Meta-nın açıqlamasına görə, "Muse Spark Open" proqramlaşdırma, alətlərdən istifadə, mürəkkəb layihələrin icrası və çoxmərhələli məntiqi təhlil kimi tapşırıqlar üçün nəzərdə tutulub. Şirkət modelin uzunmüddətli və mürəkkəb işlərin öhdəsindən gəlmək imkanlarını, eləcə də təhlükəsizlik tədbirlərini xüsusi vurğulayıb.
Modelin diqqətçəkən xüsusiyyətlərindən biri də Apple-ın M5 Ultra çipləri ilə işləmək üçün optimallaşdırılmasıdır. Bildirilir ki, model belə çiplərlə təchiz olunmuş iki Mac Studio kompüterində işlədilə bilər.
Yeni modelin təqdimatı Meta-nın süni intellekt bazarında mövqelərini gücləndirmək və "OpenAI", "Anthropic" kimi şirkətlərlə rəqabəti genişləndirmək strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.
