Yeyinti məhsullarının idxal dəyəri 2 milyard dolları ötüb | Banco.az

Yeyinti məhsullarının idxal dəyəri 2 milyard dolları ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-sentyabr aylarında 2 milyard 67 milyon 672 min dollarlıq yeyinti məhsulları idxal edilib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yeyinti məhsullarının idxalına çəkilən xərc 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,9% və ya 187 milyon 207 min dollar artıb.

Məlumata görə, 2025-ci ilin ilk 9 ayında idxal edilən yeyinti məhsullarının dəyəri 1 milyard 880 milyon 465 min dollar olub.

Qeyd edək ki, bu il idxal edilən yeyinti məhsullarının Azərbaycanın ümumi idxalında xüsusi çəkisi isə 15,49% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram