Müəllif: Tamara Mustafayeva, Banco.az
“Salesforce” marketinq şirkəti “Braze”i 5,7 milyard dollara satın alır.
Banco.az xəbər verir ki, ABŞ-nin bulud əsaslı proqram təminatı şirkəti “Salesforce” müştərilərlə qarşılıqlı əlaqə və marketinq platforması olan “Braze”i 5,66 milyard dollara satın almaq barədə razılığa gəldiyini açıqlayıb.
“Salesforce”un yaydığı açıqlamada “Braze”in satın alınması ilə bağlı iki şirkət arasında yekun müqavilənin imzalandığı bildirilib.
Razılaşmaya əsasən “Braze” 5,66 milyard dollar qarşılığında satın alınacaq. Şirkətin A sinfinə aid səhmlərinin sahiblərinə hər səhm üçün 47,50 dollar nağd ödəniş ediləcək.
Açıqlamada qeyd olunub ki, “Braze” mobil tətbiqlər, internet saytları, elektron poçt, SMS və “WhatsApp” kimi müxtəlif əlaqə kanalları vasitəsilə müştəri davranışlarını təhlil edir və əldə olunan məlumatlar əsasında fərdiləşdirilmiş təcrübələr təqdim edir.
Bizi sosial şəbəkələrdən izləyin!!
