Müəllif: Tamara Mustafayeva, Banco.az
“Amazon” Yeni il mövsümündə 300 mindən çox işçi işə götürəcək.
Banco.az xəbər verir ki, “Amazon” şirkəti dərc etdiyi bloq yazısında tam ştatlı, yarımştatlı və mövsümi iş yerləri üzrə işçi qəbul edəcəyini bildirib. Müvəqqəti işçilərin saatlıq orta hesabla 20 dollar qazanacağı qeyd olunub. Baş ofisi Sietldə yerləşən şirkət yanvar ayında da işləməyə davam edən və həftədə ən azı 30 saat çalışan mövsümi işçilərə tibbi sığorta təklif etməklə onları ilboyu işdə qalmağa həvəsləndirir.
“Challenger, Gray and Christmas” məşğulluq üzrə məsləhət şirkətinin məlumatına görə, pərakəndə ticarət sektorunda mövsümi iş yerlərinin sayı ötənilki 450 min göstəricisindən aşağı olacaq. Bu, 2008-ci ildən bəri Yeni il dövrü üçün ən aşağı mövsümi məşğulluq göstəricisi olacaq.
“Walmart” və “Target” kimi iri pərakəndə satış şirkətləri pandemiya dövründəki kütləvi işə qəbul dalğasından fərqli olaraq bu il də müvəqqəti işçi qəbulu planlarını açıqlamayıblar.
Bizi sosial şəbəkələrdən izləyin!!
