Neft bahalaşıb | Banco.az

Neft bahalaşıb

Yaxın Şərqdə neft tədarükünün pozulacağı ilə bağlı narahatlıqların artması fonunda neftin qiyməti yüksəlib. Buna Qırmızı dənizdə dəniz daşımaları ilə bağlı risklər və Səudiyyə Ərəbistanının neft infrastrukturuna mümkün hücum təhdidləri səbəb olub.

Banco.az xəbər verir ki, Brent markalı neftin fyuçerslərinin qiyməti 0,78% artaraq bir barel üçün 109,64 dollara, ABŞ-nin WTI markalı xam neftinin qiyməti isə eyni faizlə yüksələrək 98,58 dollara çatıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının cənubunda dəniz minasına çırpılan supertankerdə yanğın baş verdiyini bildirib. Gəmi izləmə şirkəti Kpler-in məlumatına görə, iki həftə ərzində ən azı 18 gəmiyə hücum edildiyi barədə məlumat yayılıb.

LSEG analitikləri tanker hücumlarının Hörmüz boğazından kənara yayılaraq Oman körfəzinə qədər çatdığını bildiriblər. Bu hadisələr təkcə Fars körfəzindən kənarda həyata keçirilən yükləmələrə deyil, həm də regionda neft daşımalarını dəstəkləyən gəmilərarası yük transferlərinə təhlükə yaradır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram