EBRD-nin Azərbaycandakı kredit portfeli 879 mln. avroya çatıb | Banco.az

EBRD-nin Azərbaycandakı kredit portfeli 879 mln. avroya çatıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli 2026-cı il sentyabrın 30-na 879 milyon avro təşkil edib.

Avqustun sonu ilə müqayisədə EBRD-nin Azərbaycandakı kredit portfeli 2 milyon avro və ya 0,23% artıb. Portfelin 40%-i özəl sektorun payına düşür. Hazırda bankın ölkədə 35 aktiv layihəsi mövcuddur.

    Kredit portfelinin 787 milyon avrosu və ya 89%-i dayanıqlı infrastrukturun inkişafına, 64 milyon avrosu və ya 7%-i maliyyə institutlarına, 30 milyon avrosu və ya 3%-i isə korporativ sektora yönəlib.

    Sentyabrın 30-na bankın Azərbaycandakı əməliyyat aktivləri 718 milyon avro təşkil edib. Bu, əvvəlki ayla müqayisədə 1 milyon avro və ya 0,14% azdır.

    Ümumilikdə, EBRD indiyədək Azərbaycanda 202 layihəyə 3,771 milyard avro investisiya yatırıb.

    Qeyd edək ki, bank 2025-ci ildə Azərbaycanda 10 layihəni ümumilikdə 81 milyon avro məbləğində maliyyələşdirib.

    APA

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram