Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana 89 milyon 367 min ABŞ dolları dəyərində 37 min 939 ton ət idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə idxal edilən ətin miqdarı 13,8%, dəyəri isə 17,9% artıb.
Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 75 milyon 769 min dollar dəyərində 33 min 321 ton ət idxal edilib.
Qeyd edək ki, hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,67%-ni təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
