Əhalinin 9 ayda tibbi məhsullara çəkdiyi xərc 21%-dən çox artıb | Banco.az

Əhalinin 9 ayda tibbi məhsullara çəkdiyi xərc 21%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən əczaçılıq məhsulları və tibbi ləvazimatlara 1 milyard 386.4 mln. manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 21,5% çoxdur.

Qeyd edək ki, hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram