“Apple” yeni “iPhone” seriyası üçün ABŞ istehsalçıları ilə əməkdaşlığını genişləndirir | Banco.az

“Apple” yeni “iPhone” seriyası üçün ABŞ istehsalçıları ilə əməkdaşlığını genişləndirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Apple” yeni “iPhone” seriyası üçün ABŞ istehsalçıları ilə əməkdaşlığını genişləndirir.

Banco.az xəbər verir ki, “Apple” şirkətinin açıqlamasında “Amerika İstehsalı Proqramı” (AMP) çərçivəsində Pensilvaniya ştatında yerləşən titan istehsalçısı “Perryman Company” ilə əməkdaşlıq qurmaq və Delaver ştatında fəaliyyət göstərən “Qnity Electronics” ilə mövcud tərəfdaşlığı genişləndirmək üçün yeni müqavilələrin imzalandığı bildirilib.

Açıqlamada “Apple” şirkətinin ilk qatlanan “iPhone” modeli olan “iPhone Duo”nun titan korpusunun istehsalı üçün “Perryman Company” ilə əməkdaşlıq edəcəyi qeyd olunub. Şirkətin növbəti üç il ərzində bu istehsalçıya 100 milyon dollaradək investisiya yatırmağı öhdəsinə götürdüyü bildirilib.

Həmçinin qeyd olunub ki, “Perryman Company” “iPhone Duo” üçün istehsal edəcəyi materiallarda ən azı 80 faiz təkrar emal olunmuş xammaldan istifadə edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram