Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsinin dəyəri 1 milyard 109 milyon 167 min dollara bərabər olub.
Banco.az Gürcüstan Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, ilk 9 ayda Gürcüstandan Azərbaycana ixracın dəyəri 566 milyon 665 min dollar təşkil edib.
Bu da illik müqayisədə 6,9% çoxdur. Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 9,2%-ni təşkil edib. Hesabat dövründə Azərbaycan Gürcüstanın 3-cü əsas ixrac tərəfdaşı olub. 2025-ci ilin eyni dövründə bu ölkədən Azərbaycana ixracın dəyəri 530 milyon 259 min dollar olub.
Azərbaycandan idxal isə 542 milyon 501 min dollara bərabər olub. Bu isə illik müqayisədə 22,9% artım deməkdir. 2025-ci ilin eyni dövründə bu göstərici 441 milyon 394 min dollar təşkil edirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
