İƏİT Türkiyənin artım və inflyasiya proqnozunu yenidən nəzərdən keçirib | Banco.az

İƏİT Türkiyənin artım və inflyasiya proqnozunu yenidən nəzərdən keçirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) “İqtisadi Perspektivlər, 2025-ci ilin Sentyabr Aralıq Hesabatı” yayımlanıb.

Banco.az xəbər verir ki, “Müəmmalı Zamanlarda Düzgün Balansı Tapmaq” adlı hesabatda qlobal iqtisadiyyata dair qiymətləndirmələrə yer verilib.

Hesabatda Türkiyə iqtisadiyyatının artım və inflyasiya proqnozları yenidən nəzərdən keçirilib. 2025-ci il üzrə artım proqnozu 2,9 faizdən 3,2 faizə yüksəldilib, 2026-cı il üzrə artım gözləntisi isə 3,3 faizdən 3,2 faizə endirilib.

Bu il üçün inflyasiya gözləntisi 31,4 faizdən 33,5 faizə qaldırılıb.

2026-cı il üçün Türkiyə üzrə inflyasiya proqnozu da 18,5 faizdən 19,2 faizə yüksəldilib.

Hesabatda qeyd olunub ki, inkişaf etməkdə olan ölkələrdən Braziliya, Meksika və Türkiyədə inflyasiyanın yumşalması ilə birlikdə siyasət faizlərində azalma gözlənilir.

Gömrük rüsumlarındakı artımların tam təsirlərinin hələ hiss edilmədiyi vurğulanan hesabatda ölkələrin iqtisadi təhlükəsizlik narahatlıqlarını aradan qaldırmaq, ticarət gərginliklərini azaltmaq və ticarət maneələrini aşağı salmaq üçün əməkdaşlıq etməli olduqları bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram