Expressbank-ın xalis mənfəəti 65% artıb | Banco.az

Expressbank-ın xalis mənfəəti 65% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Expressbank" 2026-cı ilin yanvar-sentyabr aylarında 9 milyon 942 min manat xalis mənfəət əldə edib. Bu, illik müqayisədə 3 milyon 920 min manat və ya 65% çoxdur.

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2026-cı ilin sentyabr ayının sonuna bankın aktivlərinin həcmi 725 milyon 447 min manat olub. Bankın aktivləri 2025-ci ilin sonu ilə müqayisədə 58 milyon 707 min manat və ya 8,8% çoxdur.

Hesabat dövründə bankın kredit portfelinin həcmi 592 milyon 364 min manat, depozit portfelinin həcmi isə 372 milyon 203 min manat olub. Bankın kredit portfeli cari ilin əvvəli ilə müqayisədə 42 milyon 651 min manat və ya 7,7%, depozit porfeli isə 60 milyon 775 min manat və ya 19,5% artıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram