Müəllif: Gülnar Əhmədli, Banco.az
Yunanıstan bu ilin yanvar ayında Azərbaycandan 11 milyon 572 min dollar dəyərində neft idxal edib. Bu, illik müqayisədə 41 milyon 16 min dollar və ya 4,5 dəfə azdır.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Yunanıstanın idxal etdiyi neftin miqdarı isə 24 min 427 ton olub. Bu da ötən ilin eyni dövrünə nisbətən 70 min 19 ton və ya 3,9 dəfə azalma deməkdir.
Ötən ilin yanvarında Yunanıstanın idxal etdiyi neftin dəyəri 52 milyon 588 min dollar, miqdarı isə 94 min 446 ton olub.
Qeyd edək ki, yanvar ayında İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
