"Vodafone" və "Microsoft" çoxtərəfli əməkdaşlığa imza atıblar | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Vodafone" və "Microsoft" çoxtərəfli əməkdaşlığa imza atıblar

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Vodafone Group” və “Microsoft Corp.” süni intellekt, rəqəmsal ödənişlər və əşyaların interneti sahələrində əməkdaşlıq edəcək.

Banco.az xəbər verir ki, müqavilə çərçivəsində “Vodafone” müştəri xidməti əməliyyatlarını, o cümlədən istehlakçı çatbotunu təkmilləşdirmək üçün “Azure” vasitəsilə işləyən “OpenAI” texnologiyasından istifadə edəcək və “Vodafone” əməkdaşları “Microsoft Copilot”a çıxış əldə edəcəklər.

Müqavilə Britaniyanın transmilli telekommunikasiya şirkəti “Vodafone”un CEO-su Marqarita Della Valleyə şirkət əməliyyatlarını asanlaşdırmağa və prioritet verdiyi korporativ bölmə üçün yeni təkliflər hazırlamağa kömək edir.

Bu, həmçinin “Vodafone”a biznes müştərilərinə “Azure” və “Teams” də daxil olmaqla, daha çox “Microsoft” xidmətləri satmağa və və telekommunikasiya operatoruna öz məlumat mərkəzlərindən istifadə edərkən “Azure”a keçməyə imkan verəcək.

“Microsoft” həmçinin “Vodafone”un aprel ayına qədər istifadəyə verməyi planlaşdırdığı əşyaların interneti bölməsinə bilinməyən məbləğdə sərmayə qoymağı planlaşdırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram