Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan banklarının xarici öhdəliklərinin həcmi bu ilin sentyabrın 1-i tarixinə 3 milyard 591.8 milyon manat olub.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bank sektorunun xarici öhdəlikləri illik müqayisədə 30% və ya 828.2 mln. manat artıb.
Qeyd edək ki, bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 330 mln. manat artıb. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.
Bizi sosial şəbəkələrdən izləyin!!
