Ölkədə pərakəndə ticarət dövriyyəsi artıb - Statistika | Banco.az

Ölkədə pərakəndə ticarət dövriyyəsi artıb - Statistika

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2024- cü ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 37,2 milyard manatlıq, o cümlədən 20,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.Bu barədə Banco.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki,  2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 faiz, qeyri-ərzaq malları üzrə 5,5 faiz artıb.

2024-cü ilin yanvar-avqust aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,8 faizi ərzaq məhsullarının, 4,5 faizi içkilər və tütün məmulatlarının, 13,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 4,9 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,5 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil etmişdir. 2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 2024-cü ilin yanvar-avqust aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 10,1 faiz, fərdi sahibkarlar üzrə 0,4 faiz, bazar və yarmarkalarda 2,2 faiz artmışdır. 50.8% 4.5% 13.0% 4.9% 1,2% 2.2% 5.7% 17,7% ərzaq məhsulları (50,8%) içkilər və tütün məmulatları (4,5%) toxuculuq məhsulları, geyim və ayaqqabılar (13,0%) elektrik malları və mebellər (4,9%) kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları (1,2%) əczaçılıq məhsulları və tibbi ləvazimatlar (2,2%) avtomobil benzini və dizel yanacağı (5,7%) digər qeyri-ərzaq malları (17,7%) -3- Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 456,1 manatlıq, o cümlədən 252,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 203,9 manatlıq qeyri-ərzaq malları alınıb.

 

Ən sərfəli krediti almaq üçün müraciət et