Müəllif: Tamara Mustafayeva, Banco.az
Litva kütləvi qırğın silahlarına qoyulan qadağanın ləğvinə ilkin razılıq verib.
Banco.az xəbər verir ki, Litva parlamenti ölkədə kütləvi qırğın silahlarının saxlanılmasını qadağan edən konstitusiya müddəasının ləğvini nəzərdə tutan dəyişiklik təklifinə ilkin razılıq verib. Parlament sentyabr ayında təklifin müzakirə mərhələsini başa çatdıraraq onun qəbul edilməsi prosesinə başlamışdı.
Litva Milli Radio və Televiziyasının (LRT) məlumatına görə Litva ərazisində kütləvi qırğın silahlarının saxlanılmasını qadağan edən konstitusiya müddəasının ləğvinə dair dəyişiklik parlamentdə müzakirə edilib.
Parlament sədri Yuozaş Olekas səsvermədən əvvəl verdiyi açıqlamada qadağanın ləğv edilməsinin Litvanın dayanıqlığını və çəkindirmə imkanlarını gücləndirəcəyini bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!
