Azərbaycanın Xorvatiyaya 627 mln. dollarlıq neft satıb | Banco.az

Azərbaycanın Xorvatiyaya 627 mln. dollarlıq neft satıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-avqust aylarında Xorvatiyaya 627 milyon dollar dəyərində 1 milyon ton neft ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 271 milyon 547 min dollar və ya 76,4% artıb.

Xorvatiyaya neft ixracının həcmi isə ötən ilin yanvar-avqust aylarına nisbətdə 61,6% artıb. 

Hesabat dövründə Xorvatiya Azərbaycanın beşinci ən böyük neft idxalçısı olub. 8 ayda iki ölkə arasındakı ticarət dövriyyəsinin dəyəri isə 631,1 milyon dollara bərabər olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et