Satış artırmaq üçün disiplin, yoxsa motivasiya lazımdır? | Banco.az

Satış artırmaq üçün disiplin, yoxsa motivasiya lazımdır?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Satış etmək bacarığı təmin edilən şəraitin gücü və sərhədləri olmayan düşüncələrin hesabına mümkün olur. Burada satış edənin göstərdiyi bacarıq və performans da təkan verir.

Banco.az xəbər verir ki, bu fikirləri satış üzrə mütəxəssis Afiq Rüstəmov deyib. O bildirib ki, satış edən şəxsin hədəflərini yerinə yetirə bilmək üçün sərhədlər olmamalıdır:

“Təsəvvür edin çox bacarıqlı, satış etmə həyacanı və əzmi olan bir satış mütəxəssisini çərçivəyə alaraq qatı disiplin qaydaları ilə hədəfi yerinə yetirmək təlimatı verilir.

Bu zaman qatı disiplin və cəza tədbirlərinə görə şəxs yalnız qaydalara uymağı düşünür. Nəticədə, müştərilərə də pozitiv enerji yerinə neqativ enerji ötürülür. Satış mütəxəssisi
günü qurtarmaq üçün deyil, şirkət hədəfləri yerinə yetirib, müdirinin məmnuniyyətini düşünməlidir”.

 

Ən sərfəli kredit üçün müraciət et

Məsələdən çıxış yolları barədə fikirləri bölüşən ekspert onu da vurğulayıb ki,
satış
işçisi şirkəti ayaqda saxlayan önəmli personaldır:

“Onun motivasiyası şirkətə daha çox müştəri və satış gətirə bilər. Bəzi şirkətlər şirkətin az satış etməsini satışda görür. Amma düzgün analiz edilməlidir ki, bunun səbəbi təmin edilən şəraitə yoxsa satışçının motivasiyasına bağlıdır. Şirkətdə idarə strukturunda olanlar bilməlidir ki, satış şirkətləri sahə personalları üçün disiplin və motivasiya tarazlığını qoruması şirkətlərinə daha çox fayda gətirə bilər”.
 

Ən sərfəli krediti almaq üçün müraciət et