Batareya nəhəngi mindən çox əməkdaşını ixtisar edir | Banco.az

Batareya nəhəngi mindən çox əməkdaşını ixtisar edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Batareya nəhəngi “Northvolt” 1600 əməkdaşını ixtisar edir.

Banco.az xəbər verir ki, İsveçin elektrik avtomobil akkumulyatoru istehsalçısı “Northvolt” 1600 işçisinin işdən çıxarılacağını açıqlayıb.

Şirkət İsveçdəki fəaliyyət dairəsinə yenidən baxılması ilə bağlı bəyanat verib.

Bu çərçivədə strateji qiymətləndirmə çərçivəsində atılan ilk addımlardan sonra çətin makroiqtisadi şəraitdə “Northvolt”un fabrikində 16 gigavat-saat istehsal gücünün artırılması üçün bəzi tədbirlərin görüləcəyi bildirilib.

Bəyanatda sözügedən tədbirlərin ölkədəki 1600 “Northvolt” əməkdaşının işdən çıxarılması ilə nəticələnəcəyinin gözlənildiyi və bütün işdən çıxarılmaların davam edən həmkarlar ittifaqı danışıqlarının predmeti olduğu bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu işçilərin 1000-i ölkənin şimalındakı Skellefteadakı “Northvolt” fabrikində çalışır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et