"Zara" ikinci əl geyim platforması yaradacaq | Banco.az

"Zara" ikinci əl geyim platforması yaradacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Zara” USA ikinci əl geyimlər üçün platforma yaratmağa qərar verib.

Banco.az xəbər verir ki, “Zara” USA 2024-cü ilin oktyabr ayının sonunda müştərilərə paltarlarını satmaq, təmir etmək və ya ianə etmək imkanı verəcək platformanı işə salacaq.

Oktyabrın sonuna qədər ABŞ-da satış, təmir və ya ianə xidmətləri təqdim edəcəyini açıqlayan “Zara”nın ana şirkəti “Inditex” ikinci əl geyimlərin ömrünü uzatmaq və israfı azaltmaq üçün bir platforma qurur.

2022-ci ilin noyabrında Böyük Britaniyada qurulan “Pre-Owned” platforması Avropanın 16 ölkəsində də fəaliyyət göstərir.

İstehlakı azaltmaq strategiyasında bir addım olaraq 2025-ci ilə qədər bütün strateji bazarlarda ikinci əl platformasını istifadəyə verməyi vəd edən “Inditex” bu xidməti İspaniya, Fransa və Almaniya kimi ölkələrdə “Zara” mağazaları, vebsaytı və tətbiqləri vasitəsilə təklif edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et