Türkiyə turizmində 7 ayın ən aşağı illik artım tempi müşahidə edilib | Banco.az

Türkiyə turizmində 7 ayın ən aşağı illik artım tempi müşahidə edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avqustda Türkiyəyə gələn əcnəbilərin sayında əvvəlki ilin eyni ayına nisbətən 2,47 faiz artım olub.

Banco.az xəbər verir ki, Təhlükəsizlik Ümumi Müdirliyindən alınan müvəqqəti məlumatlara görə, 2024-cü ilin avqust ayında Türkiyəyə gələn əcnəbilərin sayı 2023-cü ilin eyni ayına görə 2,47 faiz artaraq 6 milyon 825 minə çatıb.

Beləliklə, 7 ayda turizmdə ən aşağı illik artım tempi müşahidə edilib.

Avqust ayında Türkiyəyə səfər edən 6 milyon 825 min xarici ziyarətçinin 277 mini (4,06 faizi) ekskursiyaçılar olub. Avqust ayında Türkiyəyə gələn əcnəbi ziyarətçilərin ən çox daxil olduğu sərhəd qapısı olan vilayətlər siyahısında ilk beşlikdə Antalya, İstanbul, Muğla, Ədirnə və İzmir qərarlaşıb.

2024-cü ilin yanvar-avqust dövründə isə Türkiyəyə gələn əcnəbilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 7,11 faiz artaraq 35 milyon 803 minə çatıb. Bu dövrdə Türkiyəyə gələn 35 milyon 803 min xarici ziyarətçinin 1 milyon 064 mini (2,97 faizi) ekskursiyaçılar olub.

Ən sərfəli kredit üçün müraciət et

2024-cü ilin avqust ayında Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr siyahısında Rusiya 13,76 faizlə (939 min 370) birinci, Almaniya 12,93 faizlə (882 min 703) ikinci, İngiltərə (Birləşmiş Krallıq) isə 9,79 faizlə (668 min 79) üçüncü yeri tutub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et