Azərbaycanda işsizlərin sayı azalır | Banco.az

Azərbaycanda işsizlərin sayı azalır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda işsiz statuslu şəxslərin sayı cari ilin sentyabrın 1-i vəziyyətinə görə, 283,5 min nəfərə bərabər olub. Avqust ayının əvvəlində bu göstərici 283,7 min idi. 

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə iqtisadi fəal əhalinin sayı 5 294,9 min nəfər olub, onlardan 5 011,4 min nəfərini məşğul əhali təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin avqustun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1759,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 881,7 min nəfər, qeyri-dövlət sektorunda isə 877,3 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31,9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1727,1 min nəfər çalışıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et