Avrozona 15 milyard avro ticarət kəsiri ilə üzləşib | Banco.az

Avrozona 15 milyard avro ticarət kəsiri ilə üzləşib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozona iqtisadiyyatında aprel ayında 15 milyard avro xarici ticarət kəsiri yaranıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) aprel ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozonanın beynəlxalq ticarət məlumatlarını dərc edib.

Məlumatlara göstərir ki, sözügedən dövrdə Aİ-nin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz artaraq 222,1 milyard avroya, idxalı isə 0,3 faiz artaraq 208,1 milyard avroya çatıb. Odur ki, bu müddətdə Aİ-nin xarici ticarət kəsiri 14 milyard avro təşkil edib.

Avrozonada ixrac aprel ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 247,5 milyard avroya, idxal isə 1,8 faiz artaraq 232,5 milyard avroya çatıb. Bununla da aprel ayında Avrozona 15 milyard avro xarici ticarət kəsiri verib.

Sözügedən dövrdə Aİ ölkələrindən ən çox idxal həyata keçirən ölkələr 45,9 milyard avro ilə ABŞ, 29,4 milyard avro ilə İngiltərə, 19,2 milyard avro ilə Çin, 18,4 milyard avro ilə İsveçrə və 9,7 milyard avro ilə Türkiyə olub.

Ən sərfəli kredit üçün müraciət et

Aİ ölkələrinə ən çox ixrac edən ölkələr isə 40,3 milyard avro ilə Çin, 28,8 milyard avro ilə ABŞ, 13,7 milyard avro ilə İngiltərə, 11,8 milyard avro ilə İsveçrə, 8,7 milyard avro ilə Türkiyə və 8,2 milyard avro ilə Norveç olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et