ABŞ-ın büdcə kəsiri iyun ayında gözləniləndən aşağı olub | Banco.az

ABŞ-ın büdcə kəsiri iyun ayında gözləniləndən aşağı olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın büdcə kəsiri iyun ayında gözləniləndən aşağı olub.

Banco.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi iyun ayı üzrə büdcə balansına dair hesabatını yayımlayıb.

Hesabata əsasən, 1 oktyabr 2025-ci ildə başlayan və 30 sentyabr 2026-cı ildə başa çatacaq 2026-cı maliyyə ilinin doqquzuncu ayında federal hökumətin büdcə kəsiri 120 milyard dollar təşkil edib.

Federal hökumət ötən ilin eyni dövründə 27 milyard dollar büdcə profisiti qeydə almışdı.

Bazar iştirakçılarının proqnozuna görə, iyun ayında büdcə kəsirinin 132,8 milyard dollar səviyyəsində olacağı gözlənilirdi.

İyun ayında federal hökumətin gəlirləri ötən ilin eyni ayı ilə müqayisədə 6 faiz azalaraq 496 milyard dollara enib. Xərclər isə 23 faiz artaraq 616 milyard dollara yüksəlib.

2026-cı maliyyə ilinin ilk doqquz ayının yekununa görə, ümumi büdcə kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 1,367 trilyon dollara çatıb. Müqayisə olunan dövrdə bu göstərici 1,337 trilyon dollar olmuşdu.

Maliyyə ilinin ilk doqquz ayında federal hökumətin gəlirləri illik müqayisədə 4 faiz artaraq 4,151 trilyon dollara yüksəlib. Eyni dövrdə hökumətin xərcləri isə 3 faiz artaraq 5,518 trilyon dollar təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram