“Bank of Baku”-dan yenilənmiş virtual kart: banka gəlmədən 24/7 rejmində əldə edin! | Banco.az

“Bank of Baku”-dan yenilənmiş virtual kart: banka gəlmədən 24/7 rejmində əldə edin!

“Bank of Baku” internet saytlarda təhlükəsiz alış-veriş üçün yeni xidmət növünü təqdim edir – əvvəlcədən ödənilmiş virtual kart.

Əvvəlcədən ödənilmiş virtual  kart – material daşıyıcısı olmayan, lakin VİSA və MasterCard ödəmə sistemlərinin keçərli olduğu internet saytlarında alış-veriş kartıdır.

Virtual  kartı əldə etmək üçün banka baş çəkib debet kart almağa və heç bir sənədin doldurulmasına ehtiyac yoxdur.

Virtual kartı istənilən vaxt “Bank of Baku”-nun  ödəniş terminalları vasitəsi ilə əldə oluna bilər. Müştəri sadəcə olaraq mobil telefon nömrəsini və yerləşdirəcəyi məbləği terminalın monitoruna daxil edir.

Əvvəlcədən ödənilmiş virtual  kart :

  • Müddət: 3 ay
  • Komissiya: 3 AZN
  • Maksimal məbləg:150 AZN(komissiya xaric)

Əməliyyatın sonunda kart rekvizitlərinin bir hissəsi müştəriyə çekdə təqdim olunur, digər hissəsi  isə müştərinin qeyd etdiyi mobil telefonuna  SMS-lə daxil olur.

Ən sərfəli kredit üçün müraciət et

Virtual  kartın sahibi internetdə alış-veriş edərkən aşağıdakı məlumatı daxil etməlidir:

-Çekdə əks olunmuş 16 rəqəmli kodu

-SMS-lə daxil olmuş 3 rəqəmli CVV kodu və kartın bitmə tarixi

Virtual  kartı ilə əməliyyatlar kifayət qədər rahat, təhlükəsiz və sadədir.

“Bank of Baku”-nun ödəniş terminallırının ünvanları burada: http://www.bankofbaku.com/az/filials-and-atms/terminals/

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.facebook.com/bankofbaku

www.bankofbaku.com

 

 

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et