Bank of Baku
1994-cü ildə əsası qoyulmuş Bank of Baku Azərbaycan bank sektorunun aparıcı maliyyə institutlarından biri kimi “Sizə Yaxın Bankçılıq” şüarı ilə uzun illərdir xidmət göstərir. Maliyyə bazarında öz mövqeyi ilə seçilən Bank of Baku hazırda 1 milyondan çox müştərinin etibarlı maliyyə tərəfdaşıdır.
Fəaliyyətə başladığı gündən bankın əsas məqsədi iqtisadiyyatın inkişafına töhfə vermək, müştərilərinin gündəlik maliyyə ehtiyaclarını operativ və keyfiyyətli şəkildə qarşılamaq, bununla da yaxın bankçılıq fəlsəfəsini qorumaq və davamlı inkişaf etdirməkdir.
Bank of Baku həm pərakəndə biznes, həm kiçik və orta sahibkarlıq, həm də böyük korporativ biznesi dəstəkləyərək universal bank xidmətləri təqdim edir. Bankın fəaliyyət istiqamətlərini istehlak kreditləri, kart məhsulları, əmanətlər, kiçik və orta bizneslərin dəstəklənməsi, eləcə də iri korporativ müştərilər üçün maliyyə həlləri əhatə edir.
Bank of Baku ölkədə nağdsız ödənişləri dəstəkləyən və bu istiqamətdə də həyata keçirdiyi layihələrlə seçilən banklarda olub. Bankın 2011-ci ildə təqdim etdiyi “Bolkart” kartı Azərbaycanda müştərilərə hissə-hissə ödəniş imkanı vəd edən ilk kartlardandır.
Bank of Baku ölkə daxilində 21 filialı ilə 1 milyondan çox müştəriyə xidmət göstərir. Bank of Baku filial şəbəkəsi ilə yanaşı, 145 Məlumat Mərkəzi, Dostbank mobil tətbiqi və internet bankçılıq kanalları vasitəsilə də xidmətlərini çevik şəkildə təqdim etməyi hədəfləyir.
Bank fəaliyyətində müasir texnologiyaların tətbiqinə xüsusi önəm verir. Bankın rəqəmsal transformasiya strategiyası çərçivəsində onlayn kreditləşmə, fərdiləşdirilmiş kart məhsulları və rəqəmsal ödəniş həlləri ilə müştərilərə daha rahat və sürətli xidmət göstərilir.
“Sizə Yaxın Rəqəmsal Bankçılıq” şüarını reallaşdırmağı hədəfləyən Bank of Baku bu istiqamətdə davamlı layihələr həyata keçirir. Bankın Dostbank tətbiqi daima təkmilləşdirilərək müştərilərə 7/24 xidmət göstərən maliyyə köməkçisi rolunu oynayır.
Rəqəmsal transformasiyanın tərkib hissəsi olaraq Bank of Baku süni intellekt əsaslı həllərini də inkişaf etdirir. Bankın süni intellekt dəstəkli “BOBAI” virtual köməkçisi, “BOBOT” robotu müştərilərə bankçılıq xidmətlərini rahat şəkildə həyata keçirməyə imkan yaradır. Bank of Baku Bolkart debet kartını da rəqəmsal mühitə daşıyaraq “Digital Bolkart”la müştərilərinə kartı tam rəqəmsal formada əldə və istifadə etmək imkanı verir.
“Bank of Baku” şirkət olaraq sabit maliyyə göstəriciləri, beynəlxalq reytinq agentliklərinin müsbət qiymətləndirmələri və uzunmüddətli tərəfdaşlıqları ilə seçilir. Bankın güclü kapitalı, risklərin effektiv idarə olunması və şəffaf fəaliyyət prinsipləri onun etibarlı maliyyə institutu kimi mövqeyini möhkəmləndirir. Bankın əsas hədəfi sağlam və dayanıqlı inkişafı təmin edərək fəaliyyət göstərməkdir.
Bank yalnız maliyyə xidmətləri ilə deyil, həm də sosial layihələrdə iştirakı ilə cəmiyyətin inkişafına dəstək verir. Ətraf-mühitin mühafizəsi, təhsilə dəstək, maliyyə savadlılığının artırılması və sosial rifahın yaxşılaşdırılması sahələrində həyata keçirilən layihələr Bank of Baku-nun korporativ sosial məsuliyyət fəlsəfəsinin bir hissəsidir. Bank reallaşdırdığı KSM layihələri ilə mükafatlara layiq görülmüşdür.
| Ünvan | Bakı şəh., AZ1069, Atatürk pr. 42 |
| Telefon | 145 |
| Filialı | 22 |
| Sayt | www.bankofbaku.com |
| E-poçt | office@bankofbaku.com |
| CEO | Həsən Quliyev |
| Tam adı | Bank of Baku Açıq Səhmdar Cəmiyyəti |
| VÖEN | 1700038881 |
| SWIFT | JBBKAZ22 |
| Teleks | 142318 JBBK AI |
| AZN ilə ödənişlər üçün | Azərbaycan Mərkəzi Bankı IBAN: AZ27NABZ01350100000000007944 Kod 506924 SWIFT: NABZAZ2C |
| RUB ilə ödənişlər üçün | Hesab nömrəsi: № 30111810300000000192 Müxbir bank: «Азиатско-Тихоокеанский Банк» (ПАО) Müxbir hesab: №30101810300000000765, Blagoveshchensk şöbəsi SWIFT: ASANRU8X VÖEN: 2801023444 |
