Banco.az | Tezliklə

"Ən sevimli Bank" - AccessBank

QALİB

"Sevimli bankını özün seç!" adlı müsabiqədə 1 dekabr saat 21.00-da final oyunu oldu. Finalda iştirak edən 3 bank -  AccessBank,  Azər Türk Bank, Amrahbank - arasında AccessBank 1336 səs toplayaraq qalib oldu və "ƏN sevimli Bank" adına layiq görülürdü. 

Azərbaycanca

Azərbaycanda bank əmanətləri bu il 22% azalıb

Azərbaycan əhalisinin bank əmanətlərinin həcmi 2016-cı il noyabrın 1-nə 7 413,1 mln. manat təşkil edib. 

Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 400,8 mln. manat və yaxud 5,1% azdır.

Azərbaycanca

Azərbaycanda bank kreditləşməsi bu il 28% azalıb

Azərbaycan bank sektorunun məcmu kredit qoyuluşları 2016-cı il noyabrın 1-nə 15 346,7 mln. manat təşkil edib.  Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 927,3 mln. manat və yaxud 5,7% azdır.

Azərbaycanca

Nazir: "Mərkəzi Bankın siyasəti bazarda əlavə təzyiq yaratmamaqdır"

"Bu gün hökumətin, Mərkəzi Bankın siyasəti  bazarda əlavə təzyiq yaratmamaqdır. Əsas alət də monetar siyasətdir, pul kütləsinin sıxışdırılmasıdır. Pul kütləsinin genişləndirilməsi bazarda təzyiqləri artırır".

Bunu maliyyə naziri Samir Şərifov deyib.

Azərbaycanca

Türkiyədə dollar yeni rekord səviyyəyə yüksəlib

Türkiyədə ABŞ dollarının məzənnəsi yeni tarixi rekord səviyyəyə yüksəlib. 

Bu gün, dekabrın 2-də nağd valyuta bazarında məzənnə 3,5250 TRY/USD-yə yüksəlib. Buna səbəb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə dəqiqə bundan əvvəl ölkədə faizləri azaltmaq zərurəti barədə açıqlaması olub. 

Azərbaycanca

Nazir: "Kommunal xidmət obyektlərinin özəlləşdirilməsi məsələsinə baxmaq lazımdır"

Azərbaycanda kommunal xidmət obyektlərinin özəlləşdirilməsi məsələsinə baxılmalıdır. 

Bunu maliyyə naziri Samir Şərifov parlamentin 5 komitəsinin bugünkü birgə iclasında büdcə zərfinin müzakirəsi zamanı bildirib.

Azərbaycanca

Nazir müavini: "Tikinti sektorunda azalma gözlənilir"

Azərbaycanda dövlət investisiyalarına əsaslanan iqtisadi inkişaf modelindən özəl investisiyalara əsaslanan modelə keçidlə bağlı tikinti sektorunda azalma gözlənilir.

Azərbaycanca

Nazir: "Qaz və işıq üçün güzəştli kvota artırılsa, imkanlı şəxslər aşağı qiymətlərdən istifadə edəcək"

Maliyyə naziri Samir Şərifov millət vəkili Fəzail Ağamalının qaz və elektrik enerjisi üçün güzəştli kvotanın artırılması ilə bağlı təklifinə münasibət bildirib.

Azərbaycanca

Nazir: "Tariflərin artırılması əlillərə və pensiyaçılara ciddi təsir etməyəcək"

"Tarif Şurasının qərarı ilə baş verən son artım əlillərə və pensiyaçılara ciddi təsir etməyəcək". Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Azərbaycanca

"PAŞA Bank": Gələn il Azərbaycan iqtisadiyyatı 3% geriləyəcək

"Növbəti ildə Azərbaycan üçün inflyasiya proqnozumuz 7%-dir". Bunu "PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri Taleh Kazımov deyib.

T.Kazımovun sözlərinə görə, 2017-ci ildə Azərbaycan iqtisadiyyatı 3% geriləyəcək: “Fikirləşirik ki, gələn il üçün ümumi daxili məhsulun (ÜDM) artım tempi mənfi 3%-dir”.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »