ABŞ Çinə 100% əlavə gömrük rüsumları tətbiq edir | Banco.az

ABŞ Çinə 100% əlavə gömrük rüsumları tətbiq edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

 ABŞ Prezidenti Tramp nadir torpaq elementlərinin ixracına qoyulan məhdudiyyətlər səbəbilə Çin məhsullarına qarşı 100 faiz əlavə gömrük vergisi tətbiq edəcəklərini açıqlayıb.

Banco.az xəbər verir ki, Tramp bildirib ki, Çin 1 noyabrdan etibarən demək olar ki, bütün istehsal etdiyi məhsullara, hətta bəziləri öz istehsalı olmayan mallara belə genişmiqyaslı ixrac nəzarəti tətbiq edəcəyini bildirən son dərəcə “düşməncəsinə” bir məktub göndərərək ticarət sahəsində qeyri-adi dərəcədə aqressiv mövqe nümayiş etdirib.

O, bunun istisnasız olaraq bütün ölkələrə təsir etdiyini və illər əvvəl hazırlanmış bir planın tərkib hissəsi olduğunu qeyd edərək belə bir dəyərləndirmə aparıb:
“Beynəlxalq ticarətdə bu, tamamilə misli görünməmiş bir hadisədir və digər ölkələrlə münasibətlər baxımından mənəvi bir utancdır.”

Tramp “Truth Social” platformasında paylaşdığı açıqlamada yazıb:
“1 noyabr 2025-ci ildən etibarən (və ya Çinin atacağı hər hansı addımdan və ya dəyişiklikdən asılı olaraq daha erkən) Amerika Birləşmiş Ştatları hazırda Çinə tətbiq edilən tariflərə əlavə olaraq 100 faiz tarif tətbiq edəcək. Bundan əlavə, 1 noyabr tarixində bütün kritik proqram təminatlarına ixrac nəzarəti tətbiq edəcəyik.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram