Banco.az | Tezliklə

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” sığortaçı seçir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sığorta xidmətlərinin satın alınması məqsədi ilə açıq müsabiqə elan edib. “Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Bundan başqa, ölkənin baş gəmiçilik təsərrüfatı lövbər və lövbər zəncirləri də almaq istəyir. Bu məqsədlə də açıq müsabiqə keçirilir.

Azərbaycanca

Bu günə olan rəsmi məzənnə (06.12.2016)

Azərbaycan Mərkəzi Bankı 6 dekabr tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan verilən məlumata görə, dekabrın 6-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7339 manat təşkil edir.

Azərbaycanca

Asiya İnfrastruktur İnvestisiya Bankının Azərbaycan üzrə direktoru dəyişib

Asiya İnfrastruktur İnvestisiya Bankına (AIIB) Azərbaycan üzrə yeni direktor təyin edilib.

Yeni direktor Ömər Ədhəm Bayar Türkiyə vətəndaşıdır.

Azərbaycanca

Dekabrın 6-na dolların məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 06.12.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,7339 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, dekabrın 5-də USD/AZN rəsmi məzənnəsi 1,7339 səviyyəsində olub.

Azərbaycanca

Sığorta şirkətinin rəhbərliyində dəyişiklik olub

“Rəvan Sığorta” ASC-nin məsul aktuarisi dəyişib. 

Məlumata görə, indiyə qədər bu vəzifəni tutan İlahə Manafovanı Mirvari Ağayeva əvəz edib. M.Ağayeva bundan əvvəl hazırda ləğvetmə prosesində olan “Buta Sığorta” ASC-nin məsul aktuarisi vəzifəsində çalışıb.

Azərbaycanca

Avropa Mərkəzi Bankının qərarı avroya təsir edəcək

Avropa Mərkəzi Bankının (ECB) dekabrın 8-də keçirəcəyi bu ilin son iclasında pul-kredit siyasətini dəyişməyəcəyi, amma monetar stimullaşdırmanı sonlandıracağı barədə fikirlər səsləndirəcəyi bildirilir. Avrozonada inflyasiyanın sürətlənməsi, iqtisadi artım tempinin yüksəlməsi gələn il stimullaşdırmanı azaldacağı ilə bağlı ehtimalları artırıb. Qeyd edək ki. formal olaraq ECB-nin monetar stimullaşdırma proqramının 2017-ci ilin mart ayında bitməsi nəzərdə tutulub.

Azərbaycanca

NIKOIL | Bank növbəti qanvermə aksiyasını keçirdi!

Azərbaycanca

Dekabrın 2-si NIKOIL | Bank-ın kollektivi qana ehtiyacı olan uşaqlar üçün  növbəti könüllü qanvermə aksiyasını keçirdi.

NIKOIL | Bank-ın Bakı şəhəri filialları və Mərkəzi filialının bütün əməkdaşları Bankın Puşkin küçəsi 30 ünvanında yerləşən Baş Ofisində keçirilən aksiyada iştirak etdilər.

Azərbaycanda sığortalıların reyestri yaradılacaq

Azərbaycanda sığorta şirkətlərinin xidmətindən istifadə edən ölkə vətəndaşlarının məlumat bazasının yaradılması planlaşdırılır. Bu məsələ Maliyyə Bazarlarına Nəzarət Palatasının sığorta bazarı ilə bağlı tədbirlər planının tərkib hissəsi kimi reallaşdırılacaq.

Azərbaycanca

Neftin qiyməti bahalaşdı

Dünya birjalarında neft bahalaşmaqdadır.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,46 dollar artaraq 52,14 dollar təşkil edib.

Azərbaycanca

Azərbaycanda 52 nəfərə dövlət xətti ilə ipoteka krediti verilib

“Azərbaycan İpoteka Fondu” ASC-nin xətti ilə ipoteka kreditləşməsi prosesi bərpa olunub.  AİF-ə istinadən xəbər verilir ki, artıq 52 nəfərə dövlət xətti ilə ipoteka krediti verilib. Bununla da, AİF-in vəsaiti hesabına kredit alanların ümumi sayı 18 049-a çatıb. 

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »