Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Bu barədə AMB-dən bildirilib.
Bugünkü valyuta hərracı 1,7326 AZN//USD ilə yekunlaşıb


Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Bu barədə AMB-dən bildirilib.
"Bu il ölkədə həyata keçirilən fiskal-büdcə siyasəti gələn il də davam etdiriləcək". Bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Amerika şirkətlərinin Azərbaycanda neft-qaz sektoruna indiyədək yatırdığı investisiyaların ümumi həcmi 9 mlrd. dollar olub. Bunu Bakıda keçirilən ilk Azərbaycan-ABŞ biznes forumunda iqtisadiyat nazirinin müavini Sahil Babayev bildirib.
Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirə edilir.
Bu ilin noyabr ayında İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 64 961 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.
Azərbaycan dünya bazarında neftin qiymətinin sabitləşməsi üçün qəbul edilən istənilən qərarı dəstəkləyir. Energetika naziri Natiq Əliyev noyabrın 30-da Vyanada Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Nazirlər Şurasının 171-ci iclasında neft hasilatının azaldılması ilə bağlı əldə edilən razılığı neft bazarında tarazlığın təmin edilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirib.
2016-cı ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar qeyri-iş günüdür. 2017-ci ilin yanvarın 1, 2-də Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri olacaq.
Nazirlər Kabineti 2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında qərar verib.
Banco.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, 2017-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 26, 27 iyun Ramazan bayramı, 1, 2 senyabr Qurban bayramıdır.
Bu gündən qeyri-əhali qrupu üçün təbii qazın qiyməti artırılacaq.
Bu barədə Tarif Şurasının noyabrın 28-də keçirilmiş iclasında qərara alınıb.