Çin istehsalçılarının artan rəqabəti Avropanın ən böyük avtomobil istehsalçısı olan Volkswagen Group-un satışlarına mənfi təsir göstərsə də, elektrik avtomobillərindəki güclü artım sayəsində Alman istehsalçısının qlobal avtomobil tədarükü yanvar-sentyabr dövründə 1,2 faiz artıb.
Banco.az xəbər verir ki, "Audi", "Bugatti", "Seat", "Skoda" və "Porsche" markalarının daxil olduğu Volkswagen Group-u ilin üçüncü rübü və yanvar-sentyabr dövrü üçün avtomobil tədarük məlumatlarını açıqlayıb.
Müvafiq olaraq, Volkswagen Group-un qlobal avtomobil satışları yanvar-sentyabr dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 6 milyon 524 min 400-ə çatıb.
Alman istehsalçının ilin ilk 9 ayında elektrikli avtomobil satışları keçən ilin eyni dövrü ilə müqayisədə 42 faiz artaraq 717 min 500-ə çatıb.
Volfsburqda yerləşən şirkətin ən böyük satış bazarı olan Çində avtomobil tədarükü eyni dövrdə 4 faiz azalaraq 1 milyon 974 minə düşüb.