Azərbaycanda vaxtı keçmiş kreditlər bu il noyabrın 1-nə 1 375,6 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 221,7 mln. manat və yaxud 13,9% azdır.
Azərbaycanda vaxtı keçmiş kreditlər bu il noyabrın 1-nə 1 375,6 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 221,7 mln. manat və yaxud 13,9% azdır.
Beynəlxalq Banknot (Əsginas) Cəmiyyəti (International Bank Note Society, IBNS) 2016-cı ilin ən yaxşı əsginasını seçir.
Bu ilin ən yaxşısı adını qazanmaq üçün il ərzində tədavülə buraxılmış 9 banknot mübarizə aparır.
"Azər-Türk Bank" ASC-nin rəhbərliyində dəyişiklik gözlənilir.
Bankın İdarə Heyətinə (İH) rəhbərlik edən Fərhad Adıgözəlovun yerinə Xalid Əhədov təyin ediləcək.
QALİB
"Sevimli bankını özün seç!" adlı müsabiqədə 1 dekabr saat 21.00-da final oyunu oldu. Finalda iştirak edən 3 bank - AccessBank, Azər Türk Bank, Amrahbank - arasında AccessBank 1336 səs toplayaraq qalib oldu və "ƏN sevimli Bank" adına layiq görülürdü.
Azərbaycan əhalisinin bank əmanətlərinin həcmi 2016-cı il noyabrın 1-nə 7 413,1 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 400,8 mln. manat və yaxud 5,1% azdır.
Azərbaycan bank sektorunun məcmu kredit qoyuluşları 2016-cı il noyabrın 1-nə 15 346,7 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 927,3 mln. manat və yaxud 5,7% azdır.
"Bu gün hökumətin, Mərkəzi Bankın siyasəti bazarda əlavə təzyiq yaratmamaqdır. Əsas alət də monetar siyasətdir, pul kütləsinin sıxışdırılmasıdır. Pul kütləsinin genişləndirilməsi bazarda təzyiqləri artırır".
Bunu maliyyə naziri Samir Şərifov deyib.
Türkiyədə ABŞ dollarının məzənnəsi yeni tarixi rekord səviyyəyə yüksəlib.
Bu gün, dekabrın 2-də nağd valyuta bazarında məzənnə 3,5250 TRY/USD-yə yüksəlib. Buna səbəb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə dəqiqə bundan əvvəl ölkədə faizləri azaltmaq zərurəti barədə açıqlaması olub.
Azərbaycanda kommunal xidmət obyektlərinin özəlləşdirilməsi məsələsinə baxılmalıdır.
Bunu maliyyə naziri Samir Şərifov parlamentin 5 komitəsinin bugünkü birgə iclasında büdcə zərfinin müzakirəsi zamanı bildirib.
Azərbaycanda dövlət investisiyalarına əsaslanan iqtisadi inkişaf modelindən özəl investisiyalara əsaslanan modelə keçidlə bağlı tikinti sektorunda azalma gözlənilir.